“Lalafo”dan velosiped almaq istədi, 410 manatı oğurlandı
Hadisə
2769
10 Jun 2024 | 16:04

“Lalafo”dan velosiped almaq istədi, 410 manatı oğurlandı

Abşeron rayon sakininin kartından xeyli pul oğurlanıb.
 
Moderator.az qafqazinfo-ya istinadən xəbər verir ki, rayon sakini T.Həsənov oğluna "Lalafo" saytından velosiped almaq istəyib. O, bəyəndiyi velosipedi almaq üçün satıcıya kart məlumatlarını göndərib. Lakin az sonra T.Həsənovun kartından 410 manat pul oğurlanıb.
 
Hadisə ilə bağlı polisə müraciət edildikdən sonra əməliyyat-axtarış tədbirləri həyata keçirilib. Oğurluqda şübhəli bilinən 1983-cü il təvəllüdlü Sabir Abışov saxlanılıb.
 
Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər