KİV: “Vaqner” Voronej şəhərində bütün hərbi obyektləri nəzarətə götürüb
Dünya
1688
24 Jun 2023 | 14:14

KİV: “Vaqner” Voronej şəhərində bütün hərbi obyektləri nəzarətə götürüb"

“Vaqner” Xüsusi Hərbi Şirkətinin döyüşçüləri Rusiyanın Voronej şəhərində bütün hərbi obyektləri nəzarətə götürüblər.

Bu barədə “BBC News” məlumat yayıb.

Bildirilib ki, Voronej şəhər hakimiyyəti hələ bu məlumatı rəsmi şəkildə şərh etməyib. Bununla belə, Voronej vilayətinin qubernatoru Aleksandr Qusev bildirib ki, zirehli maşın karvanının gəldiyinə dair bölgədə yalan məlumatlar yayılıb. Onun sözlərinə görə, Rusiya Silahlı Qüvvələri əvvəlcədən elan edilmiş antiterror əməliyyatı çərçivəsində operativ-döyüş tədbirləri həyata keçirir.

Qeyd edək ki, vaqnerçilər Rostov-Don şəhərinə nəzarəti ələ keçirib. Onlar Moskvaya doğru hərəkəti qarşılarına məqsəd qoyublar.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər