Ermənistan Baş prokuroru Putini hədələyən Beynəlxalq Cinayət Məhkəməsinin sədrini İərvanda qəbul etdi...-FOTO
Ekskluziv
268
10:10, Bu gün

Ermənistan Baş prokuroru Putini hədələyən Beynəlxalq Cinayət Məhkəməsinin sədrini İərvanda qəbul etdi...-FOTO

Ermənistan Respublikasının Baş prokuroru Anna Vardapetyan  Beynəlxalq Cinayət Məhkəməsinin sədri Tomoko Akanı qəbul edib. Görüşdə həmçinin Ermənistan Respublikasının Niderland Krallığındakı fövqəladə və səlahiyyətli səfiri Viktor Biyaqov, Beynəlxalq Cinayət Məhkəməsi Ofisinin rəhbəri Hirad Abtahi və digərləri iştirak ediblər.
 
Moderator.az xəbər verir ki, bu barədə "Armtimes" nəşri məlumat yayıb.
 
Anna Vardapetyan Beynəlxalq Cinayət Məhkəməsinin sədrini Ermənistan Respublikasının Baş Prokurorluğunda salamlayaraq vurğulayıb ki, Beynəlxalq Cinayət Məhkəməsinin sədri vəzifəsini icra edən şəxs Ermənistana ilk dəfə səfər edir ki, bu da Ermənistan Respublikası ilə Məhkəmə arasında əməkdaşlığın inkişaf etdirilməsinə və dərinləşdirilməsinə sadiqliyin göstəricisidir.
 
Xatırladılır ki, Ermənistan 1 fevral 2024-cü ildə Beynəlxalq Cinayət Məhkəməsinin üzvü olmaqla Roma Statutuna daxil olan 124-cü və Şərqi Avropa qrupundan 19-cu dövlət olub.
 
Görüşdə tərəflər ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsinin və institusional tərəfdaşlığın gücləndirilməsinin, xüsusən də beynəlxalq cinayətlərin araşdırılması sahəsində prokurorların imkanlarının inkişaf etdirilməsi kontekstində vacibliyini vurğulayıblar. Digər məsələlərlə yanaşı, cinayət prosesində sübutların toplanması, zərərçəkmişlərin və şahidlərin müdafiəsi ilə bağlı bir sıra məsələlər də müzakirə edilib.   
 
Anna Vardapetyan Beynəlxalq Cinayət Məhkəməsi ilə birgə təlim proqramlarının həyata keçirilməsində, texniki əməkdaşlığın genişləndirilməsində və təcrübə mübadiləsi mexanizmlərinin hazırlanmasında maraqlı olduğunu bildirib. 
 
Anna Vardapetyan və Tomoko Akane effektiv və şəffaf əməkdaşlıq mexanizmləri hazırlamaq, eləcə də konstruktiv dialoqu davam etdirmək istəklərini bir daha təsdiqləyiblər.
 
Xatırladaq ki,  hələ 2024-cü ilin martında Beynəlxalq Cinayət Məhkəməsinə yenicə  sədr seçilmiş Tomoko Akane Rusiya prezidenti Vladimir Putinin Ukraynadakı "müharibə cinayətlərinə" görə cavab verəcəyinə inandığını bildirərək dolayısıyla onu hədələyib. Həmin vaxt o, jurnalistlərin sualına cavab olaraq Akane Çin atalar sözündən sitat gətirib: "Cənnətin intiqamı yavaş, lakin doğrudur"...
 
Onu da qeyd edək ki, Ermənistan məlum Roma statutunun üzvü olduğundan V.Putin bu ölkə ərazisinə daxil olduğu  təqdirdə dərhal həbs edilməlidir.
 
S.Laçın
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər