"Hələ də elə məqamlar olur ki, ümidsizliyə qapılıram, lakin hörümçəklərin sayəsində halım xeyli yaxşılaşıb..."
Britaniyanın Bristol şəhər sakini psixoterapevtin məsləhətilə özümə hobbi seçib və evində 300 tarantuldan (zəhərli hörümçək, böyə) ibarət kolleksiya yaradıb.
Moderator.az xəbər verir ki, bu barədə "Deily Star" nəşri yazıb.
Məlumata görə, bəziləri onun yatağında yaşayır.
Psixoterapevt Aaron Finiksdə bipolyar pozuntu aşkar edib və ruhi sağlamlığı üçün hər hansı əyləncə tapmağı tövsiyə edib.
Kişi məsləhətə qulaq asıb və hörümçəkləri toplamağa başlayıb.
Hazırda britaniyalının kolleksiyasında 300 hörümçək var.
Kişinin ən çox sevdiyi meksikalı quşyeyəndir, onun qiyməti 169 funtdur.
"Poçt əməkdaşları məni Spaydermen adlandırır, çünki hər həftə mənə qutularda üzərində "heyvan" yazılan yeni hörümçəklər gətirir. Mən saatlarla onları müşahidə edə bilərəm. Onlar mənə inanılmaz təsir edir, mən heç vaxt tarantulları saxlamaqdan imtina etməyəcəyəm", - britaniyalı deyib.
Bu hobbi barədə eşidən insanlar buna inana bilmir. İstifadəçilər tez-tez sosial şəbəkələrdə mesaj yazır.
"Məndə hələ də elə məqamlar olur ki, ümidsizliyə qapılıram, lakin bütövlükdə hörümçəklərin sayəsində halım xeyli yaxşılaşıb", - o, vurğulayıb.
Finiksin səkkizayaqlı dostları onun yataq otağını büsbütün məşğul edib.
Kişi öz asudə vaxtını onlarla keçirir. Finiksin 45 yaşlı sevgilisi Co və iki qızları əvvəlcə britaniyalının yeni məşğuliyyətindən qorxuya düşüb.
Lakin hörümçəklərin müsbət təsir etdiyini görəndən sonra ona5 dəstək verməyə başlayıb.
Kişi ekzotik heyvanlar üçün mağaza açıb onları çoxaldaraq kolleksiyaçılara satmaq arzusundadır.