ÜST rəhbərindən hantavirus AÇIQLAMASI
Dünya
86
18:10, Bu gün

ÜST rəhbərindən hantavirus AÇIQLAMASI

"MV Hondius" kruiz gəmisinin 11 sərnişinində hantavirusa yoluxma qeydə alınıb. Onlardan doqquzunda "Andes" hantavirusu təsdiqlənib".

Moderator.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Adhanom Qebreyesus açıqlayıb.

"Hazırda on bir xəstəlik halı qeydə alınıb, o cümlədən üç ölüm hadisəsi. Bütün on bir hal gəminin sərnişinlərinə və ya ekipaj üzvlərinə aiddir. On bir xəstədən doqquzunda "Andes" virusu təsdiqlənib. Digər iki halda isə bu, ehtimal olunan diaqnozdur", - deyə o, İspaniyanın Baş naziri Pedro Sançeslə görüşünün yekunları ilə bağlı keçirilən mətbuat konfransında bildirib.

Qeyd edək ki, mayın 4-də ÜST Atlantik okeanında Niderlanda məxsus olan və Argentinadan Kabo-Verdeye üzən "MV Hondius" kruiz gəmisində hantavirus infeksiyasının yayılması barədə məlumat verib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər