“Hər bir güclü qadının çətin həyat tarixi və hekayəsi var”
Mədəniyyət
6334
10 Nov 2021 | 10:55

“Hər bir güclü qadının çətin həyat tarixi və hekayəsi var”


 
Qadın ülvilik və zəriflik rəmzidir. O, isə hər bir güclü qadının bir həyat hekayəsi olduğunu deyir. Hesab edir ki, güclü görünməyə çalışan qadınlar, xanımlar həmin an həyatlarında çox ağır dövr yaşayırlar.


Modertor.az-ın qonağı ADA Universiteti Fondunda Sponsorluq Layihələri şöbəsinin direktoru, “Xəzər” TV-də yayımlanan “Persona” verilişinin aparıcısı və layihənin rəhbəri Firuzə İsmayıldır.  

 

- Güclü qadın olmaq daha asandır, yoxsa güclü görünmək? 


-  Əslində, düşünürəm ki, bunların hər ikisi də çox çətindir. Çünki güclü görünməyə çalışan qadınlar, xanımlar həmin an həyatlarında çox ağır dövr yaşayırlar. Və onlar özünümüdafiə sistemini işə salarkən güclü görünməyə çalışırlar. Və çox böyük əziyyət çəkirlər. O yolu qalib gələn, çətinlikləri aşan xanımlar artıq güclü qadına çevrilirlər və bu çox çətin situasiyadır. Hər bir güclü qadının böyük bir çətin həyat tarixi, hekayəsi var. Ona görə düşünürəm ki, hər ikisi çox çətindir. 

 


 

- Adətən, taleh gözəl qadınların üzünə çox nadir hallarda gülür. Bəs sizdə necə?

 

- Ümumiyyətlə, qəti fikirlər söyləmirəm. Düşünürəm ki, həyatda hər şey nisbidir. Və gözəl qadın dedikdə, yəqin ki, siz bu hissədə zahiri gözəlliyi nəzərdə tutmusunuz. Onun özü də nisbidir. Portiretdə olan gözəlliklər. Biri var klassik gözəlliyi olanlar, biri də var milliyyətə görə çox gözəl xanımlar. Mən bunun özünə də çox nisbi yanaşıram və bu fikir ilə razı deyiləm. Çünki, mənim fikrimcə, insan taleyini özü yazır. Və tale qeyd etdiyiniz kimi kiminsə üzünə gülmürsə, o insan özünə qarşı heç də mərhəmətli və tələbkar olmayıb.

 

 

- ADA-da karyera qurmağınız, məhz ADA dəyərlərini məmimsəməyiniz  sizin yaradıcılığınıza nə kimi təsir göstərir?

 

- Mən son 11 ildir ADA-da çalışıram. Bura mənim həyatıma birbaşa təsir göstərib. Həm yaradıcılıqda, həm də peşəkar həyatımda ADA möhtəşəm dəyərlər formalaşdırır. ADA insanları daha açıqfikirli, inkişafa və oxumağa həvəs yaradan, insanların bacarıqlarını inkişaf etdirən, insana dəyər verən böyük, gözəl bir təhsil müəssisəsidir. Və ən vacib ADA insanların, rəhbərliyin işçilərə, işçilərin rəhbərliyə və bir-birilərinə, tələbə-işçi, tələbə-müəllim arasında olan böyük bir etibar hissini yaradıb. Bu, sözsüz ki, bizim peşəkar kimi inkişaf etməmizə təsir göstərib. ADA çox açıq fikirli bir təhsil müəssisəsidir. ADA bütün gözəl ideyaları alqışlayır. Və istedadlı insanlara dəstək olur. ADA tək tələbə yox, böyük insan resurslarını yetişdirən bir müəssisədir. Xoşbəxtəm ki, belə bir müəssisənin 11 ildir bir üzvüyəm. 

 

 

- Bu gün yerli telekaməkanlar və nümayiş olunan layihələr sizi nə qədər qane edir?

 

- Sözsüz ki, mən həmişə inkişafın tərəfdarıyam. Düşünürəm ki, istər yerli telekanallarda, istərsə də radiolarda həmişə öyrənmək, oxumaq və daha yaxşı olmaq bu istək və bu məqsəd hər zaman olmalıdır. Sağlam rəqabət olmalıdır, birmənalı şəkildə. Çünki əks halda, heç vaxt inkişaf olmayacaq, heç vaxt dünya ilə ayaqlaşa bilmərik. Desəm ki, TV-yə çox az baxıram, yəqin ki, bir az təəccüblənərsiniz. Baxanda da daha çox xarici kanallara üstünlük verirəm. 

 

 

İncəsənətdə durğunluq yarananda, pandemiyanın ən qızğın vaxtlarında sizin aktrisalıq fəaliyyətiniz başlayıb. Bu enerjini necə əldə etmisiniz?

 

- Əslində, pandemiya başlayanda, mart ayında böyük bir şok yaşandı, çünki həyatımız tamamilə dəyişdi və düşündük ki, necə olacaq? Nə edəcəyik? Hər yer qapandı. Stress, psixoloji gərginlik keçirtdik və s. Amma, üstündən bir ay keçdikdən sonra artıq düşündüm ki, nə isə yeniliklər etmək lazımdır. Fəaliyyətdə, yaradıcılıqda və s. Və hər şey, sözsüz ki, evdə çox vaxt keçirərkən bədii ədəbiyyatı oxumağa daha çox vaxt var idi. Və bu ərəfələrdə belə bir fikir yarandı ki,vaxtdan səmərəli istifadə edək. "Vicdan" adlı gözəl qısametrajlı filmdə çəkildik. Filmin motivi, sujeti sırf pandemiya dövründə insanların özlərinin özləri ilə qaldığı an və psixoloji gərginlik keçirdiyini əks etdirir. Çox ağır və güclü ssenarisi var. Yəqin ki, oradan yararlandıq və düşündük ki, çox insanlar komfort zonasından çıxdılar. Nə kimi psixoloji gərginlik keçirdilər? Film birbabaşa pandemiya dövründə öz-özü ilə tək qalan və öz vicdanı ilə, öz tanrısı ilə tək qalan  insanlaın söhbətini əks etdirir. 

 

 

- Yaradıcılığınıza nəzər yetirdikdə müxtəlif sferalarda çalışmısınız. Geriyə baxanda peşman olduğunuz hansı məqamlar var? 

 

- Peşman olduğumu deməzdim. Çünki, çalışdığım hər bir sahəni sevmişəm. İstər təhsillə, istərsə yaradıcılıqla, istər layihələrlə, istər böyük tədbirlərlə bağlı və s. Yəni, sevmədiyim işdə olmamışam. Sevmədiyim işi görməmişəm heç vaxt. Çünki mən düşünürəm ki, insan, fərqi yoxdur hansı peşəyə sahibdir, hansı sənətə sahibdir, insan sevgi qatanda gördüyü işə o iş daha gözəl alınır. Peşmançılıq hissim olmayıb. Amma "kaş ki" sözü işlətmişəm. Və "kaş ki" sözü daha çox "kaş ki, daha çox iş görərdim", "kaş ki, daha çox layihələr həyata keçirərdim", "kaş ki, insanlara dəstək ola bilərdim". Yəni bax, bu kimi fikirlər, bəli, ağlıma gəlib. Amma heç bir gördüyüm işdən və ya yaşadığım heç bir andan peşman deyiləm. 

 

 

 

 

Xəyalə Rəis
 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər