2240-cı il nə üçün qorxulu dövr sayılacaq?  - Dinlərin dəhşətli XƏBƏRDARLIĞI...
Cəmiyyət
4766
25 Jun 2019 | 12:16

2240-cı il nə üçün qorxulu dövr sayılacaq? - Dinlərin dəhşətli XƏBƏRDARLIĞI...

Qiyamət günü dünyanın sonunun gəlməsi ilə bütün ölülərin dirilərək məhşər meydanında toplanılacağına inanılan zamandır. İslam dini inancına görə insanların hündür mərtəbəli bina tikməklə bir-biri ilə yarışması, valideynlərə hörmətin heç olmaması, nikahdan kənar doğumların artması, halal və haramın bir-birinə qarışması kimi kiçik əlamətlərdən sonra digər böyük əlamətlər yaşanacaq ki, bunların ardınca isə Qiyamət qopacaqdır.xa0

İslamda Qiyamətin böyük əlamətləri

İslam alimləri 7 böyük əlamət olduğunu bildirirlər:

1. Saxta Məsihi də adlandırılan Dəccal ortaya çıxacaq və müsəlmanları pis əməllərə cəlb etməyə çalışacaq;
2. 40 gün müddətində Dünyanı bir duman örtəcək;
3. Dabbətüi-arz adlı bir canavar peyda olacaq;
4. Günəş Şərqdən deyil, tam tərsi Qərbdən çıxacaq;
5. Yəcuc və Məcuc tayfaları zühur edəcək;
6. Şərqdə, qərbdəvəƏrəbyarımadasındaüçböyükzəlzələninbaşverəcək;
7. Hz.İsa göydən yerə enəcək və Dəccalı öldürəcək.
xa0
Bu böyük əlamətlərdən sonra İslam dinindəki dörd böyük mələkdən biri olan İsrafilin Sur adı verilən borunu üfürməsi ilə hər şey yox olacaq, ikinci dəfə üfürməsi ilə isə bütün insanlar diriləcək və yaşadıqları ömür boyunca etdikləri əməllərə görə sorğu-suala çəkilmək üçün məhşər meydanında yığışacaqlar.

Xristianlıqda Qiyamət və “Armagedon”

İslam dinində olduğu kimi Xristianlıqda da qiyamət öncəsi böyük fəlakətlərin baş verəcəyi bildirilir. “İncil”də bu fələkətlər barəsində deyilir:“Fəqət bunu anla ki, son günlərdə sıxıntılı zamanlar gələcək.xa0
Beləki, insanlar pula, mala, qürura, özündən razılığa üstünlük verəcək, valideynlərinə qarşı itaətsiz olacaq, nankör, günahkar, zalım, səfeh, qəddar, xain, yaxşılğa düşmən, Tanrını sevməkdənsə dünya həzlərinə alüdə olub dinin qüdrətini inkar edəcəklər.xa0

Bu insanlardan üz döndərin”; “O günlərin ardınca Günəş qaralacaq, Ay işığını verməyəcək, ulduzlar göydən düşəcək və göylərin gücü sarsılacaq”. Armagedon isə İslamda da qeyd olunan, Dəccal ilə Hz.İsa arasında olacağı bildirilən savaşın Xristianlıqdaki adıdır.

Yəhudilikdə Qiyamət

Yəhudilikdə də digər iki səmavi dindəki qiyamət və qiyamət əlamətlərinin oxşarlığı var. Yəhudi inancında qiyamət əvvəli və zamanı baş verəcəklər belədir:

1.Babildəki sinaqoqlar İsraildə yenidən qurulacaq;
2. İsrail torpaqları bitkilərlə örtüləcək;
3.İdarəetmə dinsizlərin əlinə keçəcək;
4. Sürgündəki yəhudilər yenidən toplaşacaq;
5. İsrailin düşmənləri məğlub olacaq;
6. Süleyman məbədi Qüdsdə təzədən tikiləcək;
7. Ölülər canlanacaq;
8. Məsihi gələcək, İsrailin hökmdarı olacaq və bütün yəhudiləri vəd edilmiş torpaqlarda birləşdirəcək. Eyni zamanda,Maqoq hökmdarı yəhudilərə hücum edəcək lakin böyük müharibəni Məsihi və tərəfdaşları qazanacaq.

2240-cı ilə diqqət

Ay və Günəş təqvimlərinin qarışığı olan Yəhudi təqviminə görə Qiyamət 6000-ci ildən sonra baş verəcək. Bu tarix Miladi təqvimində 2240 ilinə uyğun gəlir. Məsihi və tərəfdaşlarının müharibəsindən sonra isə bütün insanların Tanrını birbaşa biləcəkləri bir Yeni Dünya (Olam Haba) başlayacaq.xa0

Səmavi dinlərindən başqa digər inanc və mifologiyalarda da qiyamətlə bağlı fikirlərə rast gəlinir. Elə bunlardan biri də Zərdüştlük dinidir. E.ə 500-cü illərdə meydana gələn bu dində, xeyir və şər arasında mübarizədən danışılır və xeyirin qazanacağı son müharibədən sonra bütün ruhların sorğu-suala çəkiləcəyi -xa0 son bir məhkəmə olacağı bildirilir.

Son deyil, başlanğıc

Hinduizmdə ilahi dinlərdə olduğu kimi əbədi həyat anlayışı yoxdur. Rearkarnasiyanın mühüm rol oynadığı hinduizmdə bildirilir ki, kainat 8,64 milyard illik bir dövrədədir. "Kalpa" adlanan bu dövr 4 hissəyə bölünür. Son mərhələdə "Kali Yuqa kiv"də insanlıq şiddət və epidemiyaların altında qalacaq, ancaq daha sonra qızıl dövr başlayacaq. Lakin bu qızıl əsr əbədi davam etməyəcək və 8,64 milyard il davam edəcək yeni dövr başlayacaq.

Buddistlikdədə qiyamətə dair dəqiq bir təsvir yoxdur. Buddistlər, hindular kimi, sonsuz dövrə inanırlar, lakin bunun nə qədər müddət davam edəcəyini nəzərdə tutmurlar.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər