Qusarda polis silahlı şəxsi zərərsizləşdirdi - YENİLƏNİB
Kriminal
305
12:10, Bu gün

Qusarda polis silahlı şəxsi zərərsizləşdirdi - YENİLƏNİB

Qusarda polisə müqavimət göstərərkən zərərsizləşdirilən şəxsin törətdiyi cinayət məlum olub.
 
Moderator.az xəbər verir ki, sosial mediada yayılan məlumatlara görə R.Rəsulov 16 yaşlı bacısı qızına qarşı təcavüz cinayətində şübhəli bilinib və bu kimi əməllərə görə axtarışda olub.
 
11:38
 
Qusar rayonunda törətdiyi cinayət əməllərinə görə axtarışda olan şəxs saxlanılarkən odlu silahla polis əməkdaşlarına müqavimət göstərib.
 
Moderator.az xəbər verir ki, görülən tədbirlərlə R.Rəsulov zərərsizləşdirilib.
 
Hadisə yerindən tapança aşkar olunaraq götürülüb.
 
Araşdırmalar davam etdirilir.
 
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər