Bizi sosial şəbəkələrdən izləyin:
Qadın futbolçulardan ibarət komandalar arasında dünya çempionatının seçmə mərhələsi çərçivəsində C Liqasının 3-cü qrupunda Azərbaycan - Macarıstan oyununa hakim təyinatları açıqlanıb.
Moderator.az xəbər verir ki, qarşılaşmanı Sloveniyadan olan hakimlər briqadası idarə edəcək.
Baş hakim Vanya Yankoviçə Staşa Şpur, Helena Buh və Aleksandra Çesen kömək edəcək.
Qeyd edək ki, Azərbaycan -Macarıstan oyunu iyunun 5-də, saat 18:00-da Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək.