Zidanın oğlu Əlcəzair millisinin heyətinə çağırıldı
İdman
184
22:20, Bu gün

Zidanın oğlu Əlcəzair millisinin heyətinə çağırıldı

1998-ci il dünya çempionu, Fransa millisinin sabiq futbolçusu Zinəddin Zidanın oğlu, qapıçı Luka Zidan 2026-cı il futbol üzrə dünya çempionatı üçün Əlcəzair millisinin heyətinə daxil edilib.
 
Moderator.az TASS-a istinadən xəbər verir ki, bu barədə Əlcəzair Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
 
Luka Zidanın 28 yaşı var. O, gənclər səviyyəsində Fransa millisində çıxış edib, 2025-ci ildə isə Əlcəzair yığmasında oynamaq üçün icazə alıb. Qapıçı İspaniyanın "Real Madrid" klubunun yetirməsidir. O, həmçinin İspaniyada "Rayo Valyekano" və "Eybar" komandalarında çıxış edib, hazırda isə "Qranada"nın qapısını qoruyur.
 
Xatırladaq ki, Zinəddin Zidan Fransa millisinin heyətində 1998-ci ildə dünya çempionu, 2000-ci il Avropa çempionu adını qazanıb. Karyerası ərzində Zidan Fransanın "Kann" və "Bordo", İtaliyanın "Yuventus", həmçinin İspaniyanın "Real Madrid" klublarında çıxış edib. O, UEFA Çempionlar Liqasının, İspaniya çempionatının qalibi olub, iki dəfə İtaliya çempionu adını qazanıb. Karyerasını başa vurduqdan sonra məşqçi kimi fəaliyyətə başlayıb, iki dəfə "Real Madrid"i çalışdırıb və komandanı üç dəfə UEFA Çempionlar Liqasının qalibi edib.
 
Dünya çempionatında Əlcəzair millisi Argentina, Avstriya və İordaniya yığmaları ilə eyni qrupda mübarizə aparacaq.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər