Filippində binanın uçması nəticəsində ölənlərin sayı artıb
Dünya
102
22:01, Bu gün

Filippində binanın uçması nəticəsində ölənlərin sayı artıb

Filippinin Anxeles şəhərində tikilməkdə olan doqquzmərtəbəli binanın uçması nəticəsində həlak olanların sayı 11 nəfərə çatıb. Daha 14 nəfər itkin düşmüş hesab olunur.
 
Moderator.az xəbər verir ki, bu barədə "GMA News" telekanalı məlumat yayıb.
 
Fövqəladə xidmətlər uçmuş binanın qalıqlarını sökərək axtarış-xilasetmə əməliyyatlarını davam etdirirlər.
 
Şəhər administrasiyasının mətbuat xidmətinin rəhbəri Cey Pelayo daha əvvəl bildirmişdi ki, bina mayın 24-nə keçən gecə uçub və onlarla tikinti işçisi dağıntılar altında qalıb. Təxminən 10 nəfər hadisə yerini özü tərk edə bilib. Hadisənin ilk saatlarında daha 26 nəfər xilas edilib.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər