Kvaratsxeliya Çempionlar Liqasında mövsümün ən yaxşısı seçildi
İdman
159
22:12, Bu gün

Kvaratsxeliya Çempionlar Liqasında mövsümün ən yaxşısı seçildi

PSJ-nin futbolçusu Xviça Kvaratsxeliya UEFA Çempionlar Liqasında 2025/2026 mövsümünün ən yaxşı oyunçusu seçilib.

Moderator.az xəbər verir ki, gürcüstanlı vinger UEFA tərəfindən bu ada layiq görülüb.

Kvaratsxeliya Paris təmsilçisinin ardıcıl ikinci dəfə Çempionlar Liqasını qazanmasında əsas rol oynayan futbolçulardan biri olub. O, turnir ərzində 10 qol vurub və 6 məhsuldar ötürmə edib.

Kvaratsxeliyanın mövsüm ərzində ən yaddaqalan çıxışlarından biri yarımfinal mərhələsinin “Bavariya” ilə ilk oyununa təsadüf edib. PSJ-nin 5:4 hesabı ilə qalib gəldiyi matçda 25 yaşlı futbolçu dubl edərək komandasının qələbəsində böyük pay sahibi olub.

Qeyd edək ki, PSJ finalda “Arsenal”ı penaltilər seriyasında məğlub edərək Çempionlar Liqasının qalibi olub.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər