Azərbaycan cüdoçusu Məhəmməd Musayev Avropa Kubokunda qızıl medal qazanıb
İdman
88
12:10, Bu gün

Azərbaycan cüdoçusu Məhəmməd Musayev Avropa Kubokunda qızıl medal qazanıb

Azərbaycanın cüdo millisi Avstriyanın Qrats şəhərində keçirilən gənclər arasında Avropa Kubokunun ilk günündə 1 qızıl medal qazanıb.

Azərbaycan Cüdo Federasiyasından Moderator.az-a verilən məlumata görə, 66 kq çəki dərəcəsində çıxış edən Məhəmməd Musayev bütün rəqiblərinə qalib gəlib.

Cüdoçu finaladək Almaniya, Xorvatiya, Belçika və Macarıstan təmsilçilərini mübarizədən kənarlaşdırıb.

Məhəmməd həlledici görüşdə Serbiya idmançısı Marko Yorqiçi ipponla məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Aktivində 1 qızıl medal olan yığma medal sıralamasında oğlanlar arasında birinci, ümumi hesabda isə 5-ci pillədə qərarlaşıb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər