Konor Makqreqor müqaviləsini yeniləməkdən imtina edib
İdman
109
17:07, Bu gün

Konor Makqreqor müqaviləsini yeniləməkdən imtina edib

Mütləq Döyüş Çempionatının (UFC) sabiq ikiqat çempionu Konor Makqreqor oktaqona qayıdışı ərəfəsində gözlənilməz addım ataraq, müqaviləsini yeniləməkdən imtina edib.

Moderator.az xəbər verir ki, bu barədə tanınmış insayder Ariel Xelvani "Schein Time" podkastının efirində məlumat yayıb.

Xelvani vəziyyəti belə şərh edib: "Konor qayıdır, lakin onunla müqavilə uzadılmayıb. Onlar bunu istəyirdi, ancaq Konor imtina etdi. Onun cəmi iki döyüşü qalıb. Bunlardan biri iyulun 11-də, digəri isə ehtimal ki, 2027-ci ilin birinci və ya ikinci rübündə baş tutacaq".

Xatırladaq ki, 37 yaşlı idmançının sonuncu qarşılaşması "UFC 264" turnirində amerikalı Dastin Poryeyə qarşı olub. Həmin görüşdə ilk raunddaca irlandiyalı döyüşçü ayağını sındırıb və nəticədə döyüş başa çatıb.

Bundan əvvəl isə Makqreqorun Rusiyada döyüş keçirə biləcəyi ilə bağlı xəbərlər yayılmışdı.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər