Netanyahu ABŞ-İran danışıqlarına təsir edə bilmir
Dünya
194
17:47, Bu gün

Netanyahu ABŞ-İran danışıqlarına təsir edə bilmir

İsrailin Baş naziri Benyamin Netanyahu şəxsi söhbətlərində ABŞ Prezidenti Donald Trampın İranla ilkin razılaşma cəhdlərinə təsir göstərə bilmədiyini etiraf edir.

Moderator.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi İsrail mənbələrinə istinadən məlumat yayıb.

Agentliyi bilgiləndirən şəxsləri deməsinə görə, Netanyahu ABŞ və İran arasında müzakirə olunan qarşılıqlı anlaşma memorandumu ilə bağlı narahatlığını ifadə edib.

Agentlik yazır ki, Təl-Əviv bu danışıqlardan böyük ölçüdə kənarda qalıb. Adı açıqlanmayan İsrail rəsmisi bildirib ki, Netanyahunun özü də hazırda ABŞ prezidentinə qarşı təsir rıçaqlarının olmadığını qəbul edir. Portal qeyd edir ki, ilkin razılaşmanın şərtləri yəhudi dövləti üçün həyati əhəmiyyət daşıyan İranın nüvə proqramı və zənginləşdirilmiş uran ehtiyatları problemlərini həll etmir. Bundan əlavə, Netanyahu İsrailin Livan da daxil olmaqla bütün cəbhələrdə hərbi əməliyyatları davam etdirmək imkanını saxlamasının vacibliyini israrla bildirir.

"Əgər Tehran bu ölkədə hərbi əməliyyatların dayandırılmasını tələb edərsə, bu, razılaşmanın pozulmasına səbəb ola bilər", - deyə məqalədə diqqətə çatdırılır.

"Reuters" qeyd edir ki, baş nazir ötən həftə Trampla üç dəfə telefonla danışıb və mümkün razılaşmanı yalnız bazar günü baş tutan üçüncü söhbətdən sonra şərh edib. Agentlik yazır ki, ABŞ və İran arasında razılaşma Netanyahu üçün olduqca həssas bir vaxtda əldə oluna bilər, çünki payızda İsraildə onun uduza biləcəyi parlament seçkiləri keçirilməlidir. Rəqibləri onu İrana qarşı müharibənin məqsədlərinə çata bilməməkdə günahlandıraraq tənqid edirlər.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər