Toral Bayramov Türkiyə klubuna transfer oldu
İdman
153
17:30, Bu gün

Toral Bayramov Türkiyə klubuna transfer oldu

Azərbaycan millisinin futbolçusu Toral Bayramov karyerasını Türkiyədə davam etdirəcək.

Moderator.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti açıqlama yayıb.

Belə ki, "Qarabağ" klubu futbolçunun transferi ilə bağlı "Bursaspor" klubunun təklifini qəbul edib.

Bildirilib ki, tərəflər arasında aparılan danışıqlar uğurla yekunlaşıb və T.Bayramovun legioner həyatı yaşamaq istəyi transferin gerçəkləşməsində mühüm rol oynayıb.

2020-ci ildən "Qarabağ"ın əsas komandasında çıxış edən müdafiəçi bu müddətdə 254 oyunda 37 qol vurub. O, klubla 5 dəfə Azərbaycan çempionu olub, 2 dəfə ölkə kubokunu qazanıb. Azərbaycan millisinin heyətində 40 oyuna çıxan Toral Bayramov 5 qol müəllifi olub.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər