Tramp İrana genişmiqyaslı hücum qərarından niyə daşındı?..- TƏHLİL
Ekskluziv
122
16:58, Bu gün

Tramp İrana genişmiqyaslı hücum qərarından niyə daşındı?..- TƏHLİL

“Amerika İrana qarşı birbaşa genişmiqyaslı müharibə getsə, bu, dünyanı bütün parametrlərdə kritik həddə çatdıracaq. Nəticədə bəşəriyyət Üçüncü Dünya müharibəsi ilə üzləşə bilər. ABŞ-ın məhz öz analitiklərinin dediyinə görə isə, bu müharibədə nə udan olacaq, nə də uduzan. Ancaq...”
 
“Dünya dərhal qlobal enerji böhranı və yanacaq qiymətlərinin kəskin artması ilə üzləşəcək. Bu isə bütün bəşəriyyəti ABŞ-a qarşı qaldıraq...”
 
Son günlər ABŞ-İran danışıqları və s. ilə bağlı yaranmış situasiyadan belə nəticə hasil olur ki, Amerika tammiqyaslı quru hücumuna keçib 40 günlük müharibənin ilk günündən nəzərdə tutduğu kimi İran rejiminin birbaşa hərbi yolla devrilməsinə cürət etmir. Hibrid qarşıdurmalara, dəniz blokadasına əl atsa da,  hərdən bir hədəflərə zərbələrə endirsə də, peşman olub geri qayıdır. ABŞ-ın təyyarə daşıyan gəmilərinin Fars körfəzindən uzağa çəkilməsi də bununla bağlıdır. İndi isə Ağ Ev sanksiyalara üstünlük vermək istəyir.
 
Donald Tramp heç cür anlaya bilmir ki, ötən ilin dekabrında bomboş qoyduğu İran Milli Bankı, bu saat ABŞ dolları ilə doludur.  Hibrid müharibə İranı, əksinə, maliyyə cəhətdən gücləndirir. Bu isə Amerikanı  anlaşılmaz və qəbuledilməz qlobal iqtisadi zərər riski, böyük hərbi itkilər və Yaxın Şərqdə nəzarətsiz eskalasiya təhlükəsi ilə üzləşdirəcək.”
 
Bu fikir və mülahizələri Moderator.az-a açıqlamasında siyasi analitik Tahir Cəfərli dilə gətirib. 
 
“Bütövlükdə rəsmi Vaşinqtonun hazırkı strategiyası prezident Trampı hərbi əməliyyatlardan çəkindirməyə çalışır. Senatın bu mövzuda qəbul etdiyi son qanin layihəsi də bunu təsdiqləyir.  Həm də ona görə ki, Amerika İrana qarşı birbaşa genişmiqyaslı müharibə getsə, bu, dünyanı bütün parametrlərdə kritik həddə çatdıracaq. Nəticədə bəşəriyyət Üçüncü Dünya müharibəsi ilə üzləşə bilər.   ABŞ-ın məhz öz analitiklərinin dediyinə görə isə, bu müharibədə nə udan olacaq, nə də uduzan. Ancaq dünya sivilizasiyası yox ola bilər”, - davamında həmsöhbətimiz belə deyib.  
 
“ABŞ-ın İrana növbəti dəfə hücum etməməyinin başqa səbəbi isə Hörmüz boğazı vasitəsilə qlobal iqtisadiyyata vurulacaq zərbədir. Bundan ABŞ-ın özü də itirir. Dünya iqtisadiyyatını işlədən neft ehtiyatlarının təxminən 20%-nin çoxu Hörmüzdən keçdiyi üçün İran bu boğazı tamlığı ilə nəzarətində saxlayıb və  neftin qiymətinin qalxmasına təkan verib. Lakin ağlı başında olan analitiklərin fikrincə, İran istəsə də, istəməsə də  ABŞ-ın büdcəsinə milyardlar gətirir. ABŞ-ın İrana qarşı təcavüzünün iqtisadi parametrləri elə neftin qiymətinin 100 dollardan yuxarı qalxması ilə ölçülə bilər”, - analitik diqqətə çatdırıb. 
 
“Ağlagəlməz bir fikir yürütmək istərdik: Hörmüzün blokadası ABŞ  Avropa İttifaqını tamlığı ilə gücdən salacaq və Trampın Qrenlandiyaya girməsi üçün rahat şərait yaradacaq. Çünki ABŞ iqtisadiyyatının gələcəyi nadir torpaq metalları üzərində qurulur və ABŞ həmin adanı  zəbt etməklə daha da qüdrətli dövlətə çevriləcəkdir. Buna maneə isə indi Aİ-dir. Aropalıların ABŞ-a münasibəti NATO-nun İranla bağlı müharibəyə qoşulmamasında özünü biruzə verdi”, - həmsöhbətimiz belə bir iddia ilə çıxış edib.
 
 
Siyasi şərhçi hesab edir ki, ABŞ Avropa İttifaqını Ukraynada törətdiyi Ukrayna-Rusiya müharibəsi vasitəsilə  dağıdır və nə qədər ki, bu birlik dağılmayıb Ukraynada eyni dil, eyni gen, eyni tarixi və dini olan rus və ukrayın xalqlarını bir-birinə qırdıracaq.
 
“Tramp bir daha İrana hücum edərsə,  dünya dərhal qlobal enerji böhranı və yanacaq qiymətlərinin kəskin artması ilə üzləşəcək. Bu isə bütün bəşəriyyəti ABŞ-a qarşı qaldıraq. Elə götürək Çini. Gün-gündən güclənən bu ölkə Tayvanı blokadaya alacaq və dünyanı iki güclü düşərgəyə böləcək. Trampın Çinə səfəri də məhz  Tayvanın blokadası ilə bağlı idi...
 
Digər tərəfdən, İranın Yaxın Şərqdə güclü müttəfiq qruplar şəbəkəsi var. Buraya Livanda “Hizbullah”, Yəməndə Husilər, İraq və Suriyada şiə silahlı dəstələri daxildir. İrana hücum bu qüvvələrin Qırmızı dənizdəki Amerika hərbi bazalarına, İsrailə və ticarət gəmilərinə qarşı eyni vaxtda hücumlarına səbəb olar bilər”, -deyə Tahir Cəfərli nəzərə çatdırıb. 
 
“İranın raket potensialı və hava hücumundan müdafiəsi, Çindən aldıqları havadan müdafiə raket qurğuları ABŞ-n hipersəs və “Stels” qırıcı təyyarələrini vürmağa qadirdir. Odur ki, İranın səması bu saat nəzarət altındadır.  İran Yaxın Şərqdə ən böyük ballistik və hipersəs raketlərinə, eləcə də hücum dronlarının arsenalına malikdir.  İran  Fars körfəzindəki ABŞ müttəfiqlərinə qarşı kütləvi cavab zərbələri endirmək və onların vacib infrastrukturunu sıradan çıxarmaq iqtidarındadır. 
 
Sərt dağlıq  və geniş ərazi olan İran təxminən 90 milyondan çox  əhalisi var. Ərazisinin böyük bir hissəsi sərt dağ silsilələri: Zaqros və Əlborz ilə əhatə olunub.  Tramp yaxşı dərk edir ki, tammiqyaslı quru əməliyyatı İraq və ya Əfqanıstandakı kampaniyalardan dəfələrlə çox qoşun və resurs tələb edəcək.
Bu da  ABŞ üçün uzunmüddətli müharibə və böyük itkilərə səbəb olacaq.  ABŞ-ın İrana kütləvi hücumu nüvə obyektləri üzərində diplomatik kanalların nəzarətini tamamilə poza bilər.  Bu isə rəsmi Tehranı dövləti qorumaq üçün təcili olaraq tamhüquqlu ölkə kimi nüvə silahı hazırlamağa sövq edə bilər.  Dünyanın  əsas qlobal oyunçuları və hətta ABŞ-ın Fars körfəzindəki ən yaxın müttəfiqləri belə, regionun sabitliyinin pozulmasından qorxduqlarından, Tramp administrasiyasına ciddi təzyiq göstərirlər. 
 
Bizə elə gəlir ki, Trampın bundan sonra da bir müddət idarə edəcəyi ABŞ İrana heç cür hücum etməyəcək. Bununla belə,  Hörmüzü blokada da saxlayacaq, İranla açıq-gizli danışıqlar aparmaqla müəyyən sülh sazişlərini bağlaya da biləcəklər. Hazırda isə konfliktin bu formatda dondurulması istər ABŞ-ın, istərsə İranın həm siyasi, həm də iqtisadi marağındadır”, - deyə siyasi analitik vurğulayıb.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər