Onlar sərhədlərimizlə yanaşı, həm də tarix və mədəniyyətimizin keşiyində dayanır...
Ekskluziv
194
08:28, Bu gün

Onlar sərhədlərimizlə yanaşı, həm də tarix və mədəniyyətimizin keşiyində dayanır...

DSX Hərbi Orkestrindən milli musiqi mədəniyyətimizin təbliğinə böyük töhfə...

Məlum olduğu kimi, Almaniyanın Aachen şəhərində keçirilən və dünya atçılıq idmanının ən nüfuzlu tədbirlərindən biri hesab olunan CHIO Aachen çərçivəsində Azərbaycan Respublikası Atçılıq Federasiyasının 150 nəfərdən artıq nümayəndə heyəti uğurla iştirak edib. Tədbir çərçivəsində təşkil olunan və James Bond mövzusuna həsr edilən xüsusi “Horse & Symphony” proqramı və Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Hərbi Orkestrinin CHIO Aachen orkestr kollektivi ilə birgə çıxışı böyük maraqla qarşılanıb. Xüsusilə də, DSX Hərbi Orkestri tərəfindən milli musiqi elementlərimizin yüksək peşəkarlıqla ifası ölkəmizə olan heyranlığın daha da artmasına səbəb olub.

Almaniyanın Aachen şəhərində keçirilən tədbir bir daha sübut etdi ki, DSX Hərbi Orkestri milli musiqi mədəniyyətimizin təbliğində yaxından iştirak edir və bu sahədə mühüm xidmətlərə malikdir. Beynəlxalq tədbirlərdə DSX Hərbi Orkestrinin uğurlu çıxışları, klassik musuqilərlə yanaşı, həm də milli musiqi elementlərimizi ifa etməsi milli mədəniyyətimizin təbliğinə böyük töhfələr verməkdədir.

Xatırladaq ki, həm Ulu Öndər Heydər Əliyev, həm də Prezident İlham Əliyev milli mədəniyyətimizin qorunması və təbliğinə mühüm önəm verib, bunu milli özünəməxsusluğumuzun əsas göstəricisilərindən biri kimi dəyərləndirib. Bu baxımdan DSX Hərbi Orkestrinin beynəlxalq müstəvidəki uğurları xüsusi əhəmiyyətə malikdir. Çünki bu uğurlar xalqımızın milli musiqisini təbliğ etməklə, beynəlxalq ictimaiyyətin diqqətini Azərbaycanın zəngin mədəniyyətinə cəlb edir, bu mədəniyyətin ümumdünya mədəniyyəti baxımından necə böyük önəm kəsb etdiyini onlara əyani şəkildə göstərir. Eyni zamanda, DSX Hərbi Orkestrinin uğurları göstərir ki,  sərhədçilərimiz yalnız  sərhədlərimizin deyil, həm də tarix və mədəniyyətimizin keşiyində sayıqlıqla dayanmaqda, milli maraq və mənafeyimizi bütün müstəvilərdə müvəffəqiyyətlə müdafiə etməkdədirlər.

İnanırıq ki, 44 günlük Vətən müharibəsində torpaqlarımızın erməni işğalındna azad olunmasında yaxından iştirak edən sərhədçilərimiz, bundan sonra da beynəlxalq tədbirlərdə doğma Azərbaycanımızı uğurla təbliğ edəcək, onun hərbi qüdrəti ilə yanaşı, qədim tarix və zəngin mədəniyyətinin təbliğinə yeni-yeni töhfələr verəcəklər.

Fərid İmranlı

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər