Bakı-Tbilisi-Bakı qatarının hərəkət qrafiki AÇIQLANDI - FOTO
Cəmiyyət
203
17:50, Bu gün

Bakı-Tbilisi-Bakı qatarının hərəkət qrafiki AÇIQLANDI - FOTO

Bakı-Tbilisi-Bakı qatarının hərəkət qrafiki açıqlanıb.

Moderator.az xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti məlumat yayıb.

Bildirilib ki, qatar Bakıdan mayın 25-dən etibarən hər gün saat 23:10-da, Tbilisidən isə mayın 26-dan etibarən hər gün 21:00-da yola düşəcək.

Səyahət müddəti sərhəd-gömrük baxışları daxil olmaqla təxminən 9 saat 30 dəqiqə davam edir.

Qatar Bakı, Biləcəri, Yevlax, Gəncə, Ağstafa, Böyük Kəsik, Qardabani və Tbilisi stansiyalarında dayanacaq.

Bakı-Tbilisi-Bakı qatarının hərəkət qrafiki AÇIQLANDI - FOTO

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər