İkiqat olimpiya çempionunun oğlu beynəlxalq arenada Azərbaycanı təmsil edəcək
İdman
199
19:27, Bu gün

İkiqat olimpiya çempionunun oğlu beynəlxalq arenada Azərbaycanı təmsil edəcək

Rusiyalı fiqurlu konkisürən Aleksandr Plyuşşenko bundan sonra beynəlxalq arenada Azərbaycan yığmasının şərəfini qoruyacaq.

Moderator.az "RİA Novosti Sport" nəşrinə istinadən xəbər verir ki, Rusiya Fiqurlu Konkisürmə Federasiyası (FFKR) bu gün baş tutan İcraiyyə Komitəsinin iclasında A.Plyuşşenkonun sərbəst buraxılmasına rəsmi şəkildə razılıq verib.

Hazırda 13 yaşı olan Aleksandr artıq gələn mövsümdən etibarən Azərbaycan bayrağı altında beynəlxalq yarışlara qatıla bilər. Bu məqsədlə onun yalnız Beynəlxalq Konkisürmə İttifaqından (ISU) müvafiq çıxış hüququnu təsdiqləyən xüsusi sənəd alması tələb olunur.

Fiqurlu konkisürmə üzrə ikiqat olimpiya çempionu Yevgeni Plyuşenkonun oğlu olan Aleksandr bu vaxta qədər Rusiya daxilindəki rəsmi turnirlərdə demək olar ki, iştirak etməsə də müxtəlif buz şoularındakı çıxışları ilə tamaşaçılara yaxşı tanışdır.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər