Zelenskidən xəbərdarlıq: Belarusdan Kiyevə hücum olacaq
Dünya
138
20:50, Bu gün

Zelenskidən xəbərdarlıq: Belarusdan Kiyevə hücum olacaq

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın Bryansk vilayəti və Belarusdan gələn təhdidlər səbəbindən ölkənin şimalında sərhədlərin mühafizəsinin gücləndirildiyini açıqlayıb.

Moderator.az xəbər verir ki, dövlət başçısı hazırda Çerniqov-Kiyev istiqamətində bütün müdafiə tədbirlərinin görüldüyünü bildirib.

Zelenski vurğulayıb ki, Rusiyanın yeni hücuma hazırlaşdığı Bryansk və Belarus istiqamətində sərhəd möhkəmləndiriləcək, müdafiə və təhlükəsizlik qüvvələrinə əlavələri cəlb olunacaq.

Ukrayna lideri qeyd edib ki, Rusiya Belarusu müharibəyə cəlb etməyə çalışır:

“Güclənmək üçün imkan var, həmçinin Rusiyanın əraziləri ilə bağlı preventiv fəaliyyət göstərmək imkanı da mövcuddur - təhlükə oradan gələ bilər. Belarusun faktiki rəhbərliyi də daim ayıq-sayıq olmalıdır, bilməlidirlər ki, əgər Ukraynaya və xalqımıza qarşı aqressiv addımlar atılsa, bunun nəticələri olacaq. 2022-ci ildə hücumun Belarus ərazisindən başladığını da xatırlayırıq. Bunu unutmayacağıq. Ukraynanın müdafiə və təhlükəsizlik qüvvələri, kəşfiyyat orqanlarımız hansı təhlükələrin mövcud olduğunu və necə cavab vermək lazım gəldiyini bilirlər”.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər