Braziliyalı yarımmüdafiəçi
İdman
149
14:05, Bu gün

Braziliyalı yarımmüdafiəçi "Araz-Naxçıvan"dan ayrıldı

"Araz-Naxçıvan" futbolçu Vanderson Melo ilə yollarını ayırıb.
 
Moderator.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
 
Bildirilib ki, braziliyalı yarımmüdafiəçi ilə bağlanmış müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
 
2023/24 mövsümündən etibarən "qırmızı-ağlar"ın formasını geyinən futbolçuya klub rəhbərliyi gələcək karyerasında uğurlar arzulayıb.
 
Vanderson Melo klubun rəsmi saytına açıqlamasında "Araz-Naxçıvan"da keçirdiyi illəri dəyərləndirib:
 
"Burada üç maraqlı mövsüm keçirdim. Uğurlu nəticələrimiz də oldu, təəssüfləndiyimiz oyunlar da. Komanda ötən mövsüm tarixində ilk dəfə olaraq üçüncü yeri tutdu və avrokuboklarda oynamaq hüququ qazandı. UEFA Konfrans Liqasında "Aris" kimi güclü rəqibi üstələdik və mərhələ adladıq. Cari mövsümlə bağlı isə ancaq təəssüflənmək olar. Çünki qarşıya qoyulan məqsədə çata bilmədik.
 
Burada olmağıma şərait yaradan klub rəhbərliyinə təşəkkür edirəm. Ümid edirəm ki, növbəti mövsüm "Araz-Naxçıvan" hazırkından daha yaxşı çıxış edər və uğur qazanar".
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər