192
13:54, Bu gün

"Atəşkəs"dən hücumlara: Rusiya cəbhədə qüvvə topladı, Mariupol yaxınlığında dron təşvişi başladı" - ISW

 
"Moskvanın elan etdiyi "sükut rejimi" döyüşləri dayandırmadı, əksinə həm cəbhədə, həm də arxa xətdə yeni gərginlik yaratdı..."
 
Rusiya 9-11 may tarixləri üçün elan etdiyi "atəşkəs"dən əsasən qüvvələrin yenidən yerləşdirilməsi və pilotsuz aparat hücumlarını gücləndirmək üçün istifadə edib. 
 
Moderator.az xəbər verir ki, bu barədə Amerikanın Müharibənin Öyrənilməsi İnstitutunun (ISW) hesabatında deyilir.
 
Sükut rejimi" altında gizli hazırlıq
 
Analitiklərin fikrincə, cəbhə xəttində döyüşlərin intensivliyi müəyyən qədər azalsa da, hücumlar tam dayanmayıb. Ukrayna hərbçilərinin sözlərinə görə, Rusiya ordusu fasilədən istifadə edərək ehtiyat qüvvələri ön xəttə yaxınlaşdırıb, şəxsi heyəti toplayıb və FPV-dronlarla artilleriya hücumlarını davam etdirib. Xüsusilə Liman istiqamətində rus bölmələrinin yeni "Bliskavka" tipli pilotsuz aparatların tətbiqini artırdığı bildirilir.
 
ISW qeyd edir ki, Rusiya ordusu Kupyansk istiqamətində Oskol çayının sol sahilində mövqeləri genişləndirməyə çalışır. Ukrayna tərəfi isə düşmənin Qolubovka vasitəsilə şəhərə daxil olmaq cəhdinin qarşısının alındığını açıqlayıb. Bununla yanaşı, rus qüvvələri Kurilovka istiqamətində irəliləməyə və Ukraynanın Oskolun şərq sahilindəki mövqelərini zəiflətməyə çalışır.
 
Mariupol yaxınlığında dron təşvişi
ISW-nin hesabatında Ukrayna dronlarının işğal altındakı Mariupol yaxınlığında aktiv fəaliyyəti rusiyalı hərbi bloqerlər arasında ciddi narahatlıq yaratdığı vurğulanır. Analitiklərin məlumatına görə, Ukraynanın "Hornet" pilotsuz aparatları Mariupol-Donetsk magistralı üzərində sərbəst şəkildə uçaraq Rusiya hərbi texnikasını və yanacaq daşıyan maşınları hədəfə alır.
Rus mənbələri vəziyyətin artıq Donetsk yaxınlığındakı M-30 magistralında yaranmış logistika böhranını xatırlatdığını etiraf edir. Bəzi rus hərbi bloqerləri iddia edir ki, Ukrayna yaxın aylarda bu dronları tam avtomatlaşdırılmış sistemə çevirə bilər. 
 
Onların fikrincə, "Starlink" dəstəyi ilə işləyən uzaqmənzilli pilotsuz aparatların tətbiqi Azov dənizi sahili boyunca Rusiya üçün əsas təchizat xətlərini risk altına salır.
Ukrayna tərəfi isə bildirir ki, pilotsuz aparatlarla yaradılan "sanitar zona" getdikcə genişlənəcək və zərbə radiusu daha da artırılacaq.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər