Bu şəhərdə Günəş saat 02:57-də çıxdı: 84 gün batmayacaq
Maraqlı
92
15:13, Bu gün

Bu şəhərdə Günəş saat 02:57-də çıxdı: 84 gün batmayacaq

Alyaskanın Utkiaqvik şəhərində "gecəyarısı günəşi" dövrü başlayıb. Yerli vaxtla saat 2:57-də çıxan günəşin növbəti 84 gün ərzində parlaq qalacağı gözlənilir.
 
Moderator.az Lent.az-a istinadən xəbər verir ki, Şimal qütb dairəsinin üstündə yerləşən şəhər sakinləri yay boyunca fasiləsiz gün işığından zövq alacaqlar. Təxminən 5000 əhalisi olan bu bölgədə günəşin avqust ayına qədər üfüqdən aşağı batmayacağı bildirilir. 
 
ABŞ-ın ən şimal yaşayış məntəqəsi kimi tanınan Utqiaqvikdə baş verən bu təbii hadisəyə "gecəyarısı günəşi" deyilir. 
 
Bölgə Şimal qütb dairəsinin üzərində yerləşdiyindən, yay aylarında günəş həftələrlə üfüqdən aşağı batmır.
 
Xəbərlərə görə, şəhərdə yaşayan təxminən 5000 nəfər yay boyunca fasiləsiz günəş işığından zövq alacaq. 
 
Utkiaqvikdə qış aylarında isə bunun əksi baş verir. Şəhər ilin müəyyən vaxtlarında təxminən iki ay günəş işığı olmadan yaşayır ki, bu da "qütb gecəsi" adlanır.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər