Yamal Ronaldunu qabaqladı
İdman
206
14:00, Bu gün

Yamal Ronaldunu qabaqladı

"Barselona" futbol klubunun vingeri Lamin Yamal İspaniya La Liqasında ayın ən yaxşı oyunçusu mükafatlarının sayına görə "Real Madrid"in sabiq hücumçusu Kriştianu Ronaldunu qabaqlayıb.

Moderator.az championat.com-a istinadən xəbər verir ki, L.Yamal aprel ayında dördüncü dəfə Primeranın ən yaxşı futbolçusu seçilib, K.Ronaldu isə bu mükafatı karyerası ərzində üç dəfə qazanıb.

L.Yamal 2024-cü ilin sentyabrında, 2025-ci ilin noyabr və dekabr aylarında, həmçinin 2026-cı ilin aprelində La Liqanın ən yaxşısı seçilib. K.Ronaldu isə sözügedən mükafatı 2013-cü ilin noyabrında, 2015-ci ilin mayında və 2017-ci ilin mayında əldə edib.

Qeyd edək ki, La Liqada ayın ən yaxşı futbolçusu mükafatı 2013-cü ildən təsis edilib. K.Ronaldu 2009-2018-ci illərdə "Real Madrid"in şərəfini qoruyub.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər