15:29
15°C
Bakı
Ağ Evin mətbuat katibi Kerolayn Livitt ABŞ Prezidenti Donald Trampın iştirakı ilə "Washington Hilton" hotelində keçirilən təntənəli şam yeməyindən qısa müddət əvvəl diqqətçəkən bəyanatla çıxış edib.
Moderator.az "Fox News" telekanalına istinadən xəbər verir ki, K.Livitt şərhində "atəşlər" barədə xəbərdarlıq edib.
"Sizə deyim ki, bugünkü çıxış klassik Tramp çıxışı olacaq - o, gülməli və əyləncəli olacaq. Bu axşam zalda "atəşlər" açılacaq, ona görə də hər kəs izləməlidir", - deyə K.Livitt vurğulayıb.
Qeyd olunub ki, o, "atəş" deyərkən müxtəlif zarafatları və replikaları nəzərdə tutub.