İsrail qırıcıları
Dünya
203
14:20, Bu gün

İsrail qırıcıları "Hizbullah"ın obyektlərini bombalayıblar

İsrail Hərbi Hava Qüvvələrinə məxsus qırıcılar Livanın cənubundakı Nəbatiyə əyalətində "Hizbullah" təşkilatının hərbi obyektlərinə raket zərbələri endirib.

Moderator.az "Elnashra" portalına istinadən xəbər verir ki, hava reydləri Əli-Tahir yüksəklikləri və Zautar-əş-Şərqiyə yaşayış məntəqəsinin ətraf ərazilərinə təşkil olunub.
 
Aviabombardmanların nəticələri barədə hələlik məlumat verilmir. Gecə saatlarında İsrail aviasiyası şiə dəstələrinin qalası hesab edilən Livanın cənub bölgələrini intensiv bombardman edib. Hücumlar İsrailin Baş naziri Benyamin Netanyahunun orduya "Hizbullah"ın Livandakı obyektlərinə "güclü zərbələr" endirmək göstərişi verməsindən sonra başlayıb.
 
Livan Daxili İşlər Nazirliyinin məlumatına görə, ölkənin cənubunda atəşkəsin qüvvəyə mindiyi aprelin 17-dən bəri İsrail qüvvələri atəşkəs rejimini 200 dəfədən çox pozub. "Hizbullah" isə buna cavab olaraq doqquz dəfə İsrail ərazisinə raket və pilotsuz uçuş aparatları buraxıb.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər