Dünyanın ən bahalı klubları AÇIQLANDI
İdman
281
16:29, Bu gün

Dünyanın ən bahalı klubları AÇIQLANDI

Sportico versiyasına görə "Real" 7,7 milyard dollar dəyəri ilə dünyanın ən bahalı klubudur.

Moderator.az Trend-ə istinadən bildirir ki, "Barselona" 2-ci, "Bavariya" 4-cü, "Tottenhem" 10-cu, "Milan" 14-cü, Messi'nin "İnter Mayami"si isə 16-cıdır.

Sportico tərəfindən hazırlanan reytinqdə "Real" dünyanın ən bahalı futbol klubu seçilib. Araşdırma müəllifləri klubların maliyyə hesabatlarını, fəaliyyət göstəricilərini, brend gücünü, bazarın ölçüsünü, liqaların iqtisadiyyatını nəzərə alıblar, həmçinin klubların maliyyəsi ilə bağlı şəxslərlə də görüşüblər.

Ən bahalı ilk 20 klub belə sıralanıb:

"Real" - 7,7 milyard dollar

"Barselona" - 6,65 milyard

"Mançester Yunayted" - 6,47 milyard

"Bavariya" - 5,78 milyard

"Liverpul" - 5,74 milyard

"Mançester Siti" - 5,7 milyard

"Arsenal" - 5,43 milyard

PSJ - 5 milyard

"Çelsi" - 4 milyard

"Tottenhem" - 3,5 milyard

"Atletiko" - 2,5 milyard

"Borussiya" Dortmund - 2,17 milyard

"Yuventus" - 1,84 milyard

"Milan" - 1,66 milyard

"İnter" - 1,62 milyard

"İnter Mayami" - 1,45 milyard

"Los-Anceles" - 1,4 milyard

"LA Galaksi"- 1,17 milyard

"Atlanta Yunayted" - 1,14 milyard

"Nyu-York Siti" - 1,12 milyard

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər