Azərbaycan Kubokunun final oyununun nominal meydan sahibi məlum olub
İdman
267
15:43, Bu gün

Azərbaycan Kubokunun final oyununun nominal meydan sahibi məlum olub

Bizon Azərbaycan Kubokunun final görüşünün nominal meydan sahibinin müəyyənləşdirilməsi məqsədilə püşkatma mərasimi keçirilib.
 
Peşəkar Futbol Liqasından (PFL) Moderator.az-a verilən məlumata görə, mərasimdə PFL-in, "Zirə" və "Sabah" klublarının nümayəndələri iştirak ediblər.
 
PFL Yarışların təşkili və qeydiyyatı şöbəsinin rəisi Elçin Mehtiyev, "Zirə" mətbuat katibi Elmar Abdullazadə, "Sabah" isə klubun əməkdaşı İlahə Vəlizadə ilə təmsil olunub. Püşkatmaya əsasən, "Sabah" nominal meydan sahibi olub.
 
Püşkatmadan sonra klub nümayəndələri ilə Peşəkar Futbol Liqası arasında geniştərkibli görüş keçirilib. İclasda adıçəkilən qurumun Texniki-idman direktoru Elgiz Abbasov, Media və marketinq direktoru Sənan Abdullayev, icraçı direktor Zaur Hacı-Məhərrəmov da iştirak ediblər. Görüşdə finalla bağlı ilkin təşkilati məsələlər, nəzərə alınacaq nüanslarla bağlı müzakirələr aparılıb.
 
Qeyd edək ki, Bizon Azərbaycan Kubokunun final oyunu mayın 13-də "Palms Sports Arena"da keçiriləcək. Matç saat 20:00-da start götürəcək.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər