Pakistan İrana ABŞ ilə danışıqlara dair yeni təkliflər təqdim edib
Dünya
176
18:25, Bu gün

Pakistan İrana ABŞ ilə danışıqlara dair yeni təkliflər təqdim edib

"Pakistan ordusunun komandanı Asim Münir Amerika Birləşmiş Ştatları ilə müzakirələrə dair İrana yeni təkliflər çatdırıb və Tehran bu təşəbbüsləri dəyərləndirir".

Moderator.az xəbər verir ki, bu barədə məlumatı İranın Rusiyadakı səfiri Kazım Cəlali təsdiqləyib.

Moskvada Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv dövlətlərin xarici işlər nazirlərinin müavinləri səviyyəsində keçirilən regional təhlükəsizlik və beynəlxalq fəaliyyət üzrə məsləhətləşmələrdə çıxış edən səfir qeyd edib ki, Pakistan ordusunun rəhbərinin vasitəçi kimi Tehrana gəlişindən sonra son günlərdə yeni təkliflər irəli sürülüb.

"Biz hazırda bu sənədləri araşdırır və məlumat mübadiləsi həyata keçiririk", - deyə o qeyd edib.

Xatırladaq ki, Pakistan Silahlı Qüvvələrinin komandanı aprelin 16-da Tehranda səfərdə olub. O, səfər çərçivəsində İranın siyasi və hərbi rəhbərliyi ilə bir sıra görüşlər keçirib.

Fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.

İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.

Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.

İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.

Həmçinin Hörmüz boğazından gəmilərin keçidində ciddi problemlər yaranıb.

Aprelin 8-də Donald Tramp Tehrana verdiyi ultimatumun vaxtının bitməsinə bir neçə saat qalmış Vaşinqtonun ikihəftəlik atəşkəslə razılaşdığını elan edib.

Daha sonra İslamabadda tərəflərin ilk görüşü keçirilib.

Aprelin 22-nə planlaşdırılmış ikinci görüş isə baş tutmayıb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər