"Tehranın neft ixrac etmək imkanı məhdudlaşdırılarsa, İslam Respublikası digər ölkələrin də bu fəaliyyətinə imkan verməyəcək".
Moderator.az xəbər verir ki, bu barədə İranın vitse-prezidenti İsmail Səqqab İsfahani xəbərdarlıq edib.
"Əgər biz bir barel də olsun neft ixrac edə bilməsək, bütün regiondan heç kim bir barel belə neft çıxara bilməyəcək", - deyə vitse-prezident qeyd edib.
Bununla yanaşı, İsmail Səqqab İsfahani vurğulayıb ki, iranlılar elektrik enerjisindən məhrum olacağı təqdirdə Tehran adekvat cavab verəcək və düşmənin axmaqlığı ucbatından region əhalisi işıqsız qalacaq.
Xatırladaq ki, bir müddət əvvəl ABŞ Prezidenti Donald Tramp hərbçilərinin Hörmüz boğazındakı gəmiçilik hərəkətini tam nəzarətə götürmək niyyətində olduqlarını açıqlayıb. Onun sözlərinə görə, Vaşinqtonun icazəsi olmadan heç bir gəmi boğaza daxil ola bilməz.