İrina Zaretska: “Qızıl medal qazanmaq barədə düşünürəm”
1553
23 Jun 2023 | 13:30

İrina Zaretska: “Qızıl medal qazanmaq barədə düşünürəm”

“İştirak etdiyim bütün yarışlarda qızıl medal qazanmaq barədə düşünürəm”.
 
Bunu  Azərbaycanın qadın karateçisi İrina Zaretska III Avropa Oyunlarındakı çıxışı barədə danışarkən deyib.
 
68 kq çəki dərəcəsində yer aldığı B qrupunda keçirdiyi hər üç görüşdə qələbə qazanaraq yarımfinala yüksələn və minimum bürünc medalı təmin edən 27 yaşlı idmançı bununla kifayətlənmək istəmir.
 
Dünya və Avropa çempionu 2015-ci ildə Bakıda olduğu kimi, bu dəfə də Avropa Oyunlarının qalibi olmağı hədəfləyir:
 
“Yarışa çox yaxşı başladım və qrupda keçirdiyim hər üç döyüşdə qalib gəldim. Bu, uğurlu nəticədir. Ancaq davamını gətirmək istəyirəm. Bundan sonra yarımfinal və finalda iki prinsipial görüş gözləyir. İnanıram ki, hər şey mənim üçün yaxşı nəticələnəcək”.
 
Qeyd edək ki, İrina Zaretska yarımfinal görüşünə Bakı vaxtı ilə saat 18:10-da çıxacaq. Onun rəqibi Fransa təmsilçisi Alize Agier olacaq.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər