İmişlidə sexdə yanğın baş verib - FOTO
Hadisə
409
03 Jun 2026 | 19:20

İmişlidə sexdə yanğın baş verib - FOTO

İmişli rayonunda yanğın baş verib.

Moderator.az "Report"a istinadən xəbər verir ki, hadisə İmişli şəhərinin Zəfər prospektində yerləşən tamet (bəzək daşları) istehsalı sexində qeydə alınıb.

Belə ki, əvvəlcə sexin yaxınlığındakı kol-kos sahədə yanğın başlayıb. Yanğın qısa müddətdə güclənib və obyektə keçib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin İmişli Rayon Yanğından Mühafizə Hissəsinin əməkdaşları və texnikası cəlb olunub.

Sexdəki yanğın söndürülüb, hazırda kol-kos sahədə olan yanğının söndürülməsi üçün tədbirlər görülür. Bunun üçün Saatlı və Beyləqandan da yanğınsöndürənlər cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər