Əraqçi: İran heç vaxt Livanın daxili siyasətinə müdaxilə etməyə çalışmayıb
Dünya
121
03 Jun 2026 | 23:40

Əraqçi: İran heç vaxt Livanın daxili siyasətinə müdaxilə etməyə çalışmayıb

İran heç vaxt Livanın daxili siyasətinə müdaxilə etməyə çalışmayıb.

Moderator.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi "Al Mayadeen" telekanalına müsahibəsinda deyib.

Əraqçinin sözlərinə görə, İran Livanı qardaş və dost ölkə hesab edir:

"İranla İsrail və ABŞ arasındakı müharibənin taleyi Livandakı münaqişə ilə ilk gündən bağlıdır. Mövqeyimiz tamamilə aydındır: müharibənin başa çatması və atəşkəs Livan da daxil olmaqla, müqavimətin bütün cəbhələrində eyni vaxtda əldə edilməlidir".

İranın XİN rəhbəri atəşkəs danışıqları zamanı memorandumun şərtlərinə Livanın da daxil edilməsini Pakistanın Baş naziri Şahbaz Şərifdən xahiş etdiyini xatırladıb.

"Biz bütün maraqlı tərəflərə açıq şəkildə bildirdik ki, Beyruta hücum açıq təcavüzdür və buna səssiz qalmayacağıq", – Əraqçi qabardıb.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər