İrandan narkotik keçirilməsinin qarşısı alındı – FOTO
Hadisə
133
13:45, Bu gün

İrandan narkotik keçirilməsinin qarşısı alındı – FOTO

İrandan Azərbaycana 35 kiloqramdan çox narkotik vasitənin keçirilməsinin qarşısı alınıb.

Bu barədə Moderator.az-a Dövlət Sərhəd Xidmətindən (DSX) məlumat verilib.

Bildirilib ki, DSX-nin Sərhəd Qoşunları Komandanlığının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində keçirilən sərhəd axtarışı və əməliyyat-qoşun tədbirləri nəticəsində ümumi çəkisi 35 kiloqram 200 qram narkotik vasitə marixuana və 3000 ədəd psixotrop tərkibli Metadon M-40 həbinin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

ir 113

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər