21:02
21°C
Bakı
Göyçayda qadın qətlə yetirilib.
Moderator.az xəbər verir ki, hadisə bu gün rayonun Qarabaqqal kəndində baş verib.
Belə ki, 38 yaşlı Tehran İbrahimov 31 yaşlı Vəfa Ağakərimovaya kəsici alətlə xəsarət yetirib. Qadın aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Hadisənin qısqanclıq zəminində baş verdiyi bildirilir.
Polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə qadının əri T.İbrahimov saxlanılaraq istintaqa təhvil verilib .
Araşdırma aparılır.