Bizi sosial şəbəkələrdən izləyin:
Azərbaycanın Türkiyədəki Hərbi Attaşeliyinin aparat rəhbəri, general-mayor Zaur Zeynalov Türk Silahlı Qüvvələrinə məxsus "C-130" tipli hərbi təyyarənin qəzaya uğraması nəticəsində şəhid olmuş hərbi qulluqçuların ailələrini ziyarət edib.
Moderator.az xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki Hərbi Attaşeliyi məlumat yayıb.
13-14 aprel 2026-cı il tarixlərində reallaşan ziyarət çərçivəsində hərbi attaşe Amasiya şəhərində şəhid baş çavuş Ramazan Yağız, baş çavuş Akın Karakuş və baş çavuş Cem Dolapçının ailələri ilə görüşüb.
Görüş zamanı şəhidlərin yaxınlarına başsağlığı verilib, onların əziz xatirəsi ehtiramla yad edilib. Ziyarətin sonunda şəhid ailələrinə Azərbaycanın dövlət bayrağı təqdim olunub.