Suğra Bağırzadə illərdir gizli saxladığı SİRR-i bölüşdü - çəkildiyi filmlərdə rejissorlarla şərt kəsib ki... - MARAQLI+ÖZƏL
281
11:30, Bu gün

Suğra Bağırzadə illərdir gizli saxladığı SİRR-i bölüşdü - çəkildiyi filmlərdə rejissorlarla şərt kəsib ki... - MARAQLI+ÖZƏL

“Mən Neft-Kimya institunu bitirdim, sonra “Azərbaycanfilm” kinostudiyasının aşkarlanma sexində mühəndis işlədim. Kinonun hər lentinin hər metrinə, santimetrinə qədər başımla cavabdeh idim. Bu çox məsuliyyətli iş idi. Ona görə də işlərimin çoxluğundan filmlərdə çəkilə bilmirdim. Məni heç kim 3 aylıq film çəkilişlərinə rayona buraxmazdı və mən də gedə bilməzdim. Ancaq Bakıda çəkilirdim. Hətta “Alma-almaya bənzər” filmində poçt səhnəsi də kinostudiyanın povilyonunda mənim üçün quruldu. Tamaşaçılar elə bilir ki, həmin səhnə də Qubada çəkilib”.
 
Bunu Moderator.az-a açıqlamasında Əməkdar artist, aktrisa və rəssam, florist Suğra Bağırzadə deyib.
 
O daha sonra əlavə edib:
“Kino, incəsənət mənim həyatımdır. Neçə dəfə olub ki, məni teatrlara dəvət ediblər, amma razılıq verməmişəm. Çünki bunun ayrı tələbləri var. Mən həyatda kinonu çox sevirəm. Çünki kinoda aktyor kamera qarşısında oynayanda onun daxili, gözləri, əli, yerişi həmin insan haqqında məlumat verir. Amma teatr bir az başqa cürdür. Mən bir dəfə yerli, bir dəfə də rus tamaşasında rol ifa etmişəm. Bu yaxşıdır, sən çıxırsan, hamı sənə əl çalır. Amma öz filmini isə çəkilib qurtarandan sonra izləməyi gözləyirsən. Nə vaxt çəkildiyim filmləri göstərirlərsə, insanlar o dəqiqə zəng edib xəbər edirlər. O qədər xoş sözlər yazırlar ki.. Mən də fikirləşirəm ki, nə yaxşı ki, illər əvvəl razılıq verib çəkilmişəm. 2025-ci ildə Rusiyada filmdə çəkildim. Heç məni tanımayan insanlar belə Rusiyadan ünvanıma xoş sözlər yazırdılar. Mən orada müsəlman qadını rolunu oynayırdım. Daha sonra Türkiyədə çəkilişlərimiz oldu. Rejissor dedi ki, əlbəttə ki, yaşınızdan cavan görünürsüz. Yaşım 75-i keçmişdi, filmdə isə 65 yaşlı qadını oynamalı idim. Rejissora dedim ki, bilmirəm bu mənim bədbəxtliyimdir, yoxsa xoşbəxtliyim?”.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər