Sahibə Qafarova Belqradda ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib - FOTO
1320
03 Jun 2026 | 11:39

Sahibə Qafarova Belqradda ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib - FOTO

Serbiya Respublikasında işgüzar səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova paytaxt Belqraddakı Taşmaydan parkında ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib.
 
Parlamentdən Moderator.az-a verilən məlumata görə, spiker abidənin önünə gül dəstələri düzüb.
 
Qeyd edək ki, ulu öndər Heydər Əliyevin Taşmaydan parkında ucaldılmış abidəsinin açılışı Prezident İlham Əliyevin iştirakı ilə 2011-ci ildə olub.
 
Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyəti sonra burada görkəmli serb yazıçısı Milorad Paviçin də abidəsini ziyarət edib.
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər