Qazaxda evdə partlayış: Yaralanan var - FOTO
152
13:05, Bu gün

Qazaxda evdə partlayış: Yaralanan var - FOTO

Qazaxda fərdi yaşayış evində partlayış baş verib.
 
Moderator.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə evin hamam otağında qeydə alınıb.
 
İlkin məlumata görə, partlayış zamanı 1953-cü il təvəllüdlü Sədaqət Əliyeva xəsarət alıb.
 
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, ötən gün saat 19:30-da bir qadın Qazax Rayon Mərkəzi Xəstəxanasının (RMX) Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub:
 
"Üz nahiyəsinin 3-cü və bədənin müxtəlif yerlərinin 2-ci dərəcəli termiki yanığı diaqnozu təyin olunan 1953-cü il təvəllüdlü Sədaqət Əliyevaya zəruri tibbi xidmət göstərildikdən sonra tibb müəssisəsinin Reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti ağır olaraq qiymətləndirilir".
 
Faktla bağlı araşdırma başlanılıb.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər