Bizi sosial şəbəkələrdən izləyin:
Bu gün İrəvanda Ermənistan və ABŞ arasında ikitərəfli sənədlərin imzalanması mərasimi keçirilib. Sənədləri Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ-ın dövlət katibi Marko Rubio imzalayıblar.
Moderator.az xəbər verir ki, "Armtimes" nəşrinin yaydığı məlumata görə, Ermənistan Respublikası ilə ABŞ arasında 8 avqust 2025-ci ildən bəri "Beynəlxalq Sülh və Rifah üçün Tramp Yolu" adlanan Zəngəzur yolu layihəsi üzrə strateji əməkdaşlıq haqqında çərçivə sazişi paraflanıb.
Ermənistan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında Hərtərəfli Strateji Tərəfdaşlıq Xartiyası, həmçinin
vacib mineralların və nadir torpaq elementlərinin çıxarılması və emalı sahəsində təchizatın təmin edilməsi haqqında çərçivə memorandumu da imzalanıb.