Azərbaycan şəhərsalmada tarixlə müasirliyi birləşdirən nadir ölkələrdən biridir
Ekskluziv
329
20:37, Bu gün

Azərbaycan şəhərsalmada tarixlə müasirliyi birləşdirən nadir ölkələrdən biridir

Mayın 17-də başlayan və mayın 22-nə qədər davam edəcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) bütün dünyada böyük maraqla izlənməkdədir. Sessiyada müasir şəhərsalma fəlsəfəsi ilə bağlı bir sıra maraqlı tələblər, fikir və çağırışlar səslənib ki, bunlardan da biri tarixlə müasirliyin çuğlaşması, bir-birinə uyğunlaşdırılmasıdır.

Müasir şəhərsalma yeni tələbəri və yaşam standartlarını nəzərə almaqla yanaşı, bugünə qədərki tarix və ənənələri qorumağı, gələcəyə keçmişə ehtiramı qorumaqla addımlamağı tələb edir. Hansı ki, bu tələbin yerinə yetirilməsi göründüyü qədər də asan deyil. Bu, hər şeydən öncə müasir həyatın sərt və dəyişən tələbləri konteksində tarixi qorumağı, keçmişdən yadigar qalan hər bir tikili və memarlıq nümunəsini hifz etməyi tələb edir. Bundan başqa, keçmişlə müasirliyin müasir şəhərsalma nümunələrinin tismalında uyğunlaşdırılması, bir bütöv halına gətirilməsi də WUF13 sessiyası çərçivəsində irəli sürüln tələblərdən biridir.

Şəhərsalmada keçmişlə müasirliyin sintezini əks etdirən Şuşa nümunəsi ...

Xatırladaq ki, XIX əsrin ikinci yarısından başlayaraq Azərbaycanda urbanizasiya prosesinin yeni mərhələsi başlayıb. Nəticədə qədim şəhərlərlə yanaşı, XVIII əsrdə meydana çıxan şəhərlərdə də məskunlaşan insanların sayı əhəmiyyətli dərəcədə artıb. Əsası XVIII əsrin ikinci yarısında qoyulan Şuşa şəhərinin XIX əsrin ikinci yarısında Qarabağ xanlığının paytaxtı kimi elm və təhsil mərkəzlərindən birinə çevrilməsi buna nümunədir.

1992-ci ilin 8 may tarixinə - ermənilər tərəfindən işğal olunduğu günə qədər çoxsaylı qədim tarixi abidələri, memarlıq nümunələri ilə zəngin olan Şuşa şəhəri, işğal dönəmində ermənilər tərəfindən amansızcasına talan edilib, qədim məscidlərin, malikanələrin, ev və inzibati binaların bir qismi məhv olunub. 2020-ci ilin 44 günlük Vətən müahribəsində erməni işğalından azad edilən Şuşada Prezident İlham Əliyevin bilavasitə nəzarəti altında tarixi binaların bərpası prosesinə start verilib, nəticədə bir sıra tarixi bina, qədim memarlıq nümunəsi yenidən həyata vəsilə alıb. Bu gün Şuşada qədim memarlıq ənənələri ilə yanaşı, müasir şəhərsalma nümunələrinə də rast gəlinir ki, bu da dövlətimizin tarixə, qədim sivilizasiya və müxtəlif şəhərsalma mədəniyyətlərinə olan ehtiramını göstərir.

Şuşanın artilleriya dəstəyi olmadan işğaldan azad edilməsi tarixə ehtiramın əyani nümunəsidir

Onu da qeyd edək ki, 44 günlük Vətən müharibəsində tarixi abidələrlər zəngin olan Şuşa şəhərində böyük dağıntıların qarşısını almaq, tarixi binaları hifz etmək üçün Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə dünya hərb tarixində təkrarı olmayan göstəriş verilmişdir. Bu göstərişin əsasında şəhərin artilleriya atəşi və ağır bombardıman olmadan – yüngül atıcı silahlarla azad edilməsi məsələsi dayanırdı. Qürurla qeyd edək ki,  Azərbaycan Silahlı Qüvvələri Ali Baş Komandan tərəfindən onların qarşısına qoyulan bu missiyanı uğurla yerinə yetirmiş və Şuşa şəhəri 2020-ci ilin 8 noyabr tarixində yalın əl və yüngül atıcı silahlarla erməni işğalından azad edilmişdir.

Şuşanın artilleriya dəstəyi olmadan azad edilməsi şəhərdəki tarixi abidə və tikililərin xilasında mühüm rol oynayıb, onların önəmli bir qismini müharibənin fəsadlarından qoruyub.  

WUF13 şərçivəsində Azərbaycanın Vətən müharibəsində sərgilədiyi bu fədakarlığın, yüksək həssaslıq və mədəniyyətin də iştirakçıların diqqətinə çatdırılması vacibdir.

Ümid edirik ki, WUF13 müasir şəhərsalma mədəniyyətinin formalaşması ilə yanaşı, qədim şəhərsalma nümunələrinin qorunmasının daha dərindən dərk olunması baxımından da faydalı olacaq, tariximizin bir hissəsi olan tarixi bina və memarlıq nümunələrinin hidz edilməsinə töhfə verəcək.

Seymur ƏLİYEV

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər