Rusiya ordusu Putinin köməkçisinin doğulduğu Smela şəhərini də vurdu...+VİDEO
Ekskluziv
275
20:08, Bu gün

Rusiya ordusu Putinin köməkçisinin doğulduğu Smela şəhərini də vurdu...+VİDEO

Ukraynanın Çerkası vilayətinin Smela şəhərində Rusiya hücumu nəticəsində üç insan yaralanıb.
 
Moderator.az "Ukrainskaya pravda"ya istinadla xəbər verir ki, bu barədə Vilayət Hərbi Administrasiyasının(VHA) rəhbəri İqor Taburets və Dövlət Fövqəladə Hallar Xidməti(DFHX) telegram-kanallarda məlumat yayıb.Region rəhbərinin birbaşa açıqlaması: 
 
"Xüsusilə Smela icmamız düşmənin hədəfinə gəlib. Hazırda şəhərin bir neçə yerində və qonşu kəndlərdə Rusiya PUA-larının düşməsini qeydə alırıq. Söhbət yaşayış infrastrukturundan gedir. Üç zərərçəkənimiz var: ikisi ağır, biri orta dərəcəli."
 
Təfərrüatlar: 
 
Ukrayna Dövlət Fövqəladə Hallar Xidməti Smela şəhərində  41, 33 və 29 yaşlarında üç kişininyaralandığını dəqiqləşdirib. Hamısı xəstəxanaya yerləşdirilib.
 
DFX bildirib ki, "Düşmən hücumları ilə bağlı dəfələrlə təhdidlərə baxmayaraq, xilasedicilər dörd yerdə yanğınları söndürüblər. istehkamçılar zərbə yerlərini müayinə ediblər".
 
Xatırladılır ki:
 
13 may səhəri Prezident Volodimir Zelenski yüzdən çox Rusiya PUA-sının Ukrayna səmasında olduğunu və gün ərzində düşmən hücumlarının daha da arta biləcəyini bildirib.
 
Hərbi kəşfiyyat Rusiyanın Ukraynaya qarşı yeni birləşmiş hava hücumu başlatdığı və bu hücumun uzadıla biləcəyi barədə xəbərdarlıq edib.
 
Moderator.az qeyd edir ki, Ukraynanın Smela şəhəri işğalçı Rusiya diktatoru Vladimir Putinin köməkçisi Vladimir Medinskinin doğulduğu şəhərdir. O, 1970-ci ildıə burada hərbçi ailəsində anadan olub. 1980-ci illərdə ailəsi ilə Moskvaya köçüb.  Medinski bir neçə dəfə Rusiya Dövlət Dumasının deputatı, eləcə də mədəniyyət naziri olub. O, 2020-ci ilin yanvarından V.Putinin köməkçisidir. 
V.Medinski 2022-ci ilin fevralından - Rusiyanın Ukraynaya təcavüzü başlayandan bəri bir neçə dəfə İstanbulda keçirilmiş danışıqlarda Rusiya nümayəndə heyətinə rəhbərlik edib. 
 
O həm də yazıçıdır. Mayın 8-də Ukrayna Prokurorluğu V.Medinskiyə həmmüəllifi olduğu Rusiya məktəblərinin 11-ci sinifləri üçün "Rusiya tarixi" dərsliyində Ukrayna dövlətinin suverenliyi və ərazi bütövlüyünə dair təhrif və təhqirlərə yol verdiyinə görə 10 il qiyabi cəza kəsib.

S.Laçın

 
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər