Polis ofisinə hücum edildi - Bir nəfər saxlanıldı
Dünya
77
21:10, Bu gün

Polis ofisinə hücum edildi - Bir nəfər saxlanıldı

Böyük Britaniyanın paytaxtı Londonun Qolders Qrin bölgəsində yerləşən polis idarəsinə hücum edilib.

Moderator.az xəbər verir ki, bu barədə "The Telegraph" nəşri məlumat yayıb.

Bildirilib ki, binanın bir neçə pəncərəsi sındırılıb. Hadisə yerində 49 yaşlı kişi əmlaka qəsdən ziyan vurmaq şübhəsi ilə saxlanılaraq polis bölməsinə aparılıb.

İlkin ehtimallara görə, şübhəli şəxs hücum zamanı güclü sərxoş vəziyyətdə olub.

Polis nümayəndəsi bildirib ki, patrul bazasının ön hissəsindəki şüşələrə ziyan dəyib, lakin hadisə nəticəsində xəsarət alan olmayıb.

"Hazırda hadisə ilə bağlı araşdırma davam edir. Lakin ilkin mərhələdə bunun yerli yəhudi və İran icmalarına qarşı son hücumlarla əlaqəli olmadığı hesab edilir", - deyə açıqlamada bildirilib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər