“İrəvanda mövcud reallıqları düzgün qiymətləndirməyən bəzi qüvvələr hələ də ağıllanmayıblar...”
Ekskluziv
293
18:02, Bu gün

“İrəvanda mövcud reallıqları düzgün qiymətləndirməyən bəzi qüvvələr hələ də ağıllanmayıblar...”

“Xəstə ideologiya və beyinlərdə kök salmış çürük nifrət hissləri revanşist qüvvələrin analiz etmə qabiliyyətini məhv edib...”
 
“Ermənistan öz təhlükəsizlik çətirini kənarlarda Rusiyada, yaxud Qərbdə deyil, regionun özündə axtarmalıdır. İrəvan Türkiyə və Azərbaycanla normal münasibətlər və sülh qurmağa nail olarsa, bu onun yeganə etibarlı xilas vasitəsi olar. İrəvanda hələ də mövcud reallıqları düzgün qiymətləndirməyən və keçmişdə qalan bəzi qüvvələr ağıllanmayıblar. Xəstə ideologiya və beyinlərdə kök salmış çürük nifrət hissləri revanşist qüvvələrin analiz etmə qabiliyyətini məhv edib.”
 
Bunu Moderator.az-a açıqlamasında siyasi şərhçi, AMİP Siyasi Şurasının üzvü Əli Orucov söyləyib.
 
“Belə düşünürəm ki, Ermənistanda Azərbaycanla sərhəd boyu yerləşdirilmiş bəzi ölkələrinin müşahidə missiyası, əksinə, etimad mühitini zədələyir, iki dövlət arasında normallaşma prosesinə mənfi təsir göstərir... 
 
Son aylarda sülh və əmin-amanlıq şəraitinə görə də Ermənistan Azərbaycana minnətdar olmalıdır. Prezident İlham Əliyevin də Zəngilanda sakinlərlə görüşü zamanı çıxışında səsləndirdiyi kimi, Azərbaycanın Ermənistana qarşı hər hansı bir niyyəti olsaydı, bunu maneəsiz şəkildə həyata keçirə bilərdi. Hesab edirəm ki, Cənubi Qafqazda Azərbaycan qarantör dövlət olaraq öz missiyasını uğurlara yerinə yetirməkdədir”,- deyə davamında siyasi şərhçi diqqətə çatdırıb.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər