Sünikdən başlayan kampaniya: Ermənistan hansı mesajı verir?
Ekskluziv
434
18:22, Bu gün

Sünikdən başlayan kampaniya: Ermənistan hansı mesajı verir?

"Ermənistanın daxili mübarizəsi, sərhəd təhlükəsizliyi və regionun gələcək geosiyasi xəritəsinin formalaşması qarşıdakı seçkilərdən asılıdır. Ermənistanda seçkiqabağı kampaniyanın rəsmi start götürməsi ölkənin daxili siyasi həyatında mühüm mərhələdir. 19 siyasi qüvvənin iştirak etməsi bu seçkiləri həm rəqabətli, həm də parçalanmış siyasi mühitin göstəricisinə çevirir".

Bu fikirləri Moderator.az-a açıqlamasında siyasi şərhçi Aydın Tağıyev bildirib. 

Aydın Tağıyev onu da vurğulayıb ki,  Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş Müqaviləsi” partiyası seçkilərdə əsas favorit kimi çıxış edir:

"Kampaniyanın Sünik bölgəsindən başlaması təsadüfi deyil bu, həm sərhəd təhlükəsizliyi, həm də regional mesaj xarakteri daşıyır. Yəni sadə dillə desək Sünikdən başlanan kampaniya Ermənistan seçicilərinə “təhlükəsizlik və sülh bizim əsas gündəliyimizdir” mesajı verir, regiona isə “Ermənistan sərhədlərini qorumaqda qətiyyətlidir” siqnalını çatdırır.

Bu, Paşinyan hökumətinin seçki strategiyasının əsas dayağını  “sərhədləri qorumaq və sülhü təmin etmək” açıq şəkildə nümayiş etdirir. Eyni zamanda, regiona verilən bu diqqət Ermənistanın daxili siyasətində sərhəd bölgələrinin rolunu artırır və seçkilərin nəticələrinə təsir edə biləcək mühüm faktor kimi çıxış edir.
Siyasi prosesslərə diqqət edəndə görünən odur ki, Paşinyanın qalibiyyəti Rusiyanın Ermənistandakı mövqelərinin daha da zəifləməsi demək ola bilər".

 Tağıyev onu da əlavə edib ki, digər aspekdən Avropa İttifaqı və Qərb dairələri müstəqil Ermənistanın güclənməsini dəstəkləyir:

"Kampaniyanın sərhədyanı bölgələrdən başlaması göstərir ki, Ermənistan siyasətində Azərbaycanla münasibətlər və sərhəd təhlükəsizliyi hələ də əsas mövzulardan biridir.
Belə nəticəyə gəlmək olur ki, Ermənistan seçkiləri çoxpartiyalı rəqabətin güclü olduğu, amma siyasi parçalanmanın da dərinləşdiyi bir mühitdə keçiriləcək. 

Fikrimcə hakimiyyətin güclü mövqeyinə baxmayaraq, müxalifətin müxtəlif platformalarda çıxış etməsi seçkiləri dinamik və gərgin edəcək. Burda bir mühim mesaj var ki, bu seçkilər həm Rusiyanın təsirinin gələcəyi, həm də Qərbin Ermənistanla əməkdaşlıq planlarının istiqamətini müəyyənləşdirəcək.

Yekunda onu deyə bilərm ki, Ermənistanda 7 iyun seçkiləri təkcə daxili siyasi mübarizə deyil, həm də regionun gələcək geosiyasi xəritəsini formalaşdıracaq. Azərbaycanın rolu və sülh gündəliyi isə bu prosesin fonunda daha da önəmli görünür".
 
Pərvin Şakirqızı

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər