“Elcan gəlsin ona göstərim ki...”-Ağamirzədən Elcan Rəsulovun meyxana açıqlamasına CAVAB+ÖZƏL
Ekskluziv
810
17:31, Bu gün

“Elcan gəlsin ona göstərim ki...”-Ağamirzədən Elcan Rəsulovun meyxana açıqlamasına CAVAB+ÖZƏL

“Şabaş toylarımızda lap əvvəldən olub. O vaxtkı toylarda müğənnilərə bəy tərifi edəndə pul verirdilər. Bu pul şabaş adlanırdı. Mən kimi məcbur edirəm ki, mənə şabaş versin?! Kimin adını çəkirik o gətirib verir. Əlbəttə ki, xoşuna gəlirsə gətirib verir. Şabaş verməyəndə polisə şikayət etmirik, söymürük, döymürük”

Bunu Moderator.az-a açıqlamasında tanınmış meyxanaçı Ağamirzə Məmmədov deyib. O daha sonra aktyor-aparıcı Elcan Rəsulovun “Şabaş pulu yaxşı pul deyil” ifadəsinə münasibət bildirib:


“Elcan gəlsin ona sonu yaxşı olmayan nə qədər aktyor və aparıcı göstərim. O deyir ki, şabaş pulu yaxşı pul deyil. Bəs meyxana deməyən insanlara nə etsin?! O qədər adi insanlar var ki, biri yolunu azır, biri pis günə qalır. Mən gedib başımı vuracam divara, canıma fikir verməyəcəm, özümü damdan atacam, bunun üçün şabaş neyləsin?! Kimlərsə yolunu azıbsa, yaxud da qısa ömür yaşayıbsa bunu nə meyxananın üstünə atmaq olar, nə də şabaşın?!” Belə fikirlər yalnız müzakirələr yaradır.

Yaxşı olar ki, meyxana sənətindən anlayışı olan insanlar danışsın” deyə Ağamirzə Məmmədov bildirib.


Qeyd edək ki, Elcan Rəsulov “Efirdən kənar” verilişində “Şabaş yaxşı pul deyil. Meyxanaçıların sonuna baxın. Bir çoxunun sonu yaxşı olmayıb” deyə bildirib. Onun bu fikirləri sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər