Ekskluziv
5821
05 Oct 2023 | 01:00

"Nədən qəflətən ayağa qalxanda başımız ağrıyır?.."

"Bu, həyəcan siqnalı da ola bilər..."

 

"İnsanların əksəriyyəti kəskin ayağa qalxanda baş gicəllənməsi və gözlərində qaralma ilə üzləşir..."

 
Bütövlükdə, burada patologiya yoxdur, lakin həkimlər xəbərdarlıq edir ki, belə əlamətlər orqanizmdə ciddi pozuntulardan xəbər verə bilər.
 
Moderator.az xəbər verir ki, bu barədə "Live Science" elmi xəbərlər saytı yazıb.
 
Orqanizmin adıçəkilən reaksiyası həmçinin postural və ya ortostatik hipotenziya (qan təzyiqinin aşağı düşməsi) kimi məlumdur. Bu, bədənin vəziyyətinin tez bir zamanda dəyişməsi ilə bağlıdır və bir qayda olaraq bu barədə narahat olmağa dəyməz. Lakin belə hallar tez-tez və ya uzun müddət təkrarlanarsa, bu, xroniki xəstəliyin əlaməti ola bilər.
 
Harvard Tibb Məktəbinin əməkdaşı, doktor Stiven Yuraşekin sözlərinə görə, kəskin ayağa qalxdıqdan bir neçə saniyə sonra yaranan gözlərin qaralması, başgicəllənmə arterial təzyiqin kəskin aşağı düşməsi səbəbindən baş verir.
 
Onun sözlərinə görə, hansısa müddət ərzində beyin kifayət qədər qanla və buna uyğun olaraq oksigenlə təchiz edilmir. Həmçinin tor qişanın işığa həssas olan toxumasının oksigenlə təchizatı aşağı düşür.
 
Tor qişanın normal funksiyası üçün çoxlu miqdarda oksigenlə bağlı olduğundan bu orqana qan axınının hətta azacıq tormozlanması görmə ilə bağlı problemlərə gətirib çıxara bilər.
 
Yuraşekin sözlərinə görə, ayağa qalxdıqdan sonra sabit arterial təzyiqin saxlanılmasına orqanizmin ürək döyüntülərinin tezliyi, tənəffüs və həzm kimi funksiyalarını tənzimləyən vegetativ sinir sistemi tərəfindən nəzarət edilir.
 
"İnsan kəskin ayağa qalxanda ayaqlara qəflətən təxminən 300-800 kub sm, yəni təxminən 0, 3- 0, 8 litr qan daxil olur. Bu proses qan təzyiqinin müvəqqəti aşağı düşməsinə gətirib çıxarır", - ekspert izah edib.
 
Qan təzyiqinin kəskin aşağı düşməsi beyni, həmçinin oksigenlə zəngin olan qanın daxil olduğu qulaqcığı qanla təchiz edən arteriyaların reseptorları ilə aşkar edilir. Bundan sonra aktivləşmiş reseptorlar bütün bədənin reaksiyasına səbəb olur, qan damarları daralır, ayaq və qarın əzələləri yığılır, ürək döyüntülərinin sayı artır.
 
Bir qayda olaraq belə hallar tez ötüb keçir. Lakin susuzluqdan və ya yüksək hərarətdən əziyyət çəkən insanlarda arterial təzyiq kəskin surətdə aşağı düşür. Belə hallarda orqanizmin vəziyyətinin sabitləşməsi üçün bir qədər artıq zaman lazım olacaq.
 
Yuraşek əlavə edib ki, arterial təzyiqin aşağı salınması üçün dərman preparatları qəbul edən insanlar qəflətən ayağa qalxdıqda başgicəllənməsinə meyllidir.
 
Belə başgicəllənmə həmçinin yuxudan oyanandan dərhal sonra baş verə bilər, çünki gecə yuxusu zamanı təzyiq adətən aşağı düşür. Bundan başqa, spirtli içkilərdən sui-istifadə edənlərdə və ya tərləməyə meylli olanlarda qəflətən ayağa qalxanda gözlərində qaralma və başgicəllənməsi baş verir.
 
Həkimlər qeyd edir ki, bir qayda olaraq belə başgicəllənmə tutmaları ortostatik hipotenziyadan fərqli olaraq qısamüddətlidir. Bu zaman insanlarda tez-tez və uzun müddət müvazinət və görmə pozulur, qəflətən yıxılmalar və bayılmalar müşahidə edilir.
 
Amerika nevroloji pozuntular və insult Milli İnstitutunum (NINDS) məlumatına görə, ortostatik hipotenziya birincili və ya ikincili olur. Birincili nadir hallarda rast gəlinir və vegetativ sinir siteminin anadangəlmə patologiyasi ilə bağlıdır. 
 
İkincilinin əlamətləri bir qayda olaraq digər xəstəliklərlə bağlı olur və daha tez-tez rast gəlinir. İkincili ortostatik hipotoniya qalxanabənzər vəzin xəstəlikləri, ürək döyüntülərinin sayının və qanda şəkərin aşağı olması ilə bağlıdır. Bundan başqa, səbəb orqanizmin qocalması ilə bağlı ola bilər.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər