Xameneinin dəfninə hazırlıqlara başlanıldı
Dünya
146
19:36, Bu gün

Xameneinin dəfninə hazırlıqlara başlanıldı

İran hakimiyyəti ABŞ və İsrail hücumları zamanı həlak olan keçmiş ali rəhbəri Ayətullah Əli Xameneinin dəfn mərasiminin təşkili istiqamətində hazırlıqlara başlayıb.
 
Moderator.az “Unikal”a istinadla xəbər verir ki, müharibə şəraiti səbəbindən aylarla təxirə salınan mərasim üçün xüsusi koordinasiya mərkəzi yaradılıb.
 
Rəsmilər ölkə daxilindən və xaricdən çoxsaylı iştirakçının gözlənildiyini bildirirlər.
 
Tehran İslam Təbliğat Koordinasiya Şurasının sədri Möhsün Mahmudi deyib ki, dəfn mərasiminin təşkili ilə bağlı bütün dövlət qurumları arasında koordinasiya təmin edilir.
 
“Dəfn mərasiminə hazırlıqları idarə etmək üçün xüsusi mərkəz yaradılıb. Müxtəlif qurumlar hazırlıq və planlaşdırma işlərini davam etdirirlər”, – deyə Mahmudi bildirib.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər