“Kulakovun da Laçın şəhəri ilə bağlı bu “gizlənpaç” oyununu durduracağı gözlənilmir…”
Ekskluziv
4264
09 Sep 2023 | 10:24

“Kulakovun da Laçın şəhəri ilə bağlı bu “gizlənpaç” oyununu durduracağı gözlənilmir…”

“Əslində bu cür oyunlar Rusiyanın hərbi qurumlarının Azərbaycanın 2020-ci ilin  müzəffər 44 günlük savaşındakı qələbəsindən məmnuniyyət duymadıqlarının bir göstəricisi kimi qəbul edilməlidir...”
 
Üç aydan çoxdur ki,  Rusiya Müdafiə Nazirliyinin Laçın şəhərini öz rəsmi saytında “sülhməramlı”ların məsuliyyət zonasını təsvir edən xəritəyə salması ilə bağlı “gizlənpaç” oyunun sirri nə rəsmi, nə qeyri-rəsmi səviyyədə açılmadı. Belə ki, əvvəlki yazılarımızda dəfələrlə xatırlatdığımız kimi,  Laçını bir, yaxud iki gün ardıcıl  “sülhməramlı”ların məsuliyyət zonalarına salırlar, sonra çıxarırlar, bir, hərdən iki gün fasilə verirlər bir də eyni təxribat, virtual işğal təkrar olunur. Sonuncu dəfə avqustun 25-26-da, yəni Azərbaycan Prezidenti və 1-ci Vitse-prezident məhz Laçın şəhəri və Zabux kəndində səfərdə olarkən iki gün ardıcıl  yenə də Laçını “öz əraziləri” kimi göstərdilər(bax://moderator.az/az/ekskluziv/672164/rusiya-azerbaycan-prezidentinin-lacina-seferi-gunu-de-lacini-virtual-isal-etdi-xeriteler/ )... Görəsən,  “sülhməramlı” kontingentə yeni komndan təyin olunmuş general-mayor Kiril Kulakov buna son qoyacaq, yoxsa bu oyunbazlıq hələ çox davam edəcək?..
Moderator.az əməkdaşının  mövzu ilə bağlı müraciət etdiyi hərbi ekspert Ədalət Verdiyev aşağıdakıları söyləyib:
 
“Hesab edirəm ki, Laçın şəhərinin dəfələrlə Rusiya “sülhməramlı” kontingentinin məsuliyyət zonalarına salınması “sülhməramlı”lardan daha çox Rusiya Müdafiə Nazirliyinin mövqeyi kimi dəyərləndirilməlidir. Çünki indiyədək bir neçə komandan dəyişsə də, bu “siçan-pişik” oyununa son verilməyib. Odur ki, Kulakovun da təcrübəsiz birisi kimi Laçın şəhəri ilə bağlı  belə bir “gizlənpaç” oyununa qarşı çıxacağı gözlənilən deyil. Həm də xarakter baxınından bu Rusiya generalı, məsələn, Rustam Muradovdan dəfələrlə zəif birisidir. Və əslində bu cür oyunlar Rusiyanın hərbi qurumlarının Azərbaycanın 2020-ci ilin  müzəffər 44 günlük savaşındakı qələbəsindən məmnuniyyət duymadıqlarının bir göstəricisi kimi qəbul edilməlidir...”
 
Sultan Laçın
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər